Yeni dispetçer mərkəzləri yaradılacaq - VİDEO

Yeni dispetçer mərkəzləri yaradılacaq - VİDEO
21:32 24 Noyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Kommunal xidmətlərin keyfiyyəti artırmaq üçün yeni dispeçer mərkəzləri yaradılacaq. Bu mərkəzlər həm mütəmadi manitorinqlər aparacaq, həm də kommunal xidmətləri həyata keçirən qurumlar haqqında qərar vermək səlahiyyətinə malik olacaq.

Paytaxt Bakının müxtəlif hissələrində kommunal xidmətlərin təchizatında demək olar ki, tez-tez problemlər yaşanır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, mənzil-kommunal təsərrüfatı sahələrində göstərilən xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün ciddi addımlar atılacaq. Bununla bağlı 2017-ci ilin dövlət büdcəsində vəsait ayrılıb.

Belə ki, gələn il mənzil-kommunal xidmətlər üzrə dispetçer mərkəzləri yaradılacaq.

Vətəndaşlar kommunal problemləri ilə bağlı dispetçer mərkəzlərinə müraciət etməlidirlər. Mərkəz fəaliyyəti yalnız montorinq aparmaqla məhdudlaşmayacaq

Dispetçer mərkəzinin yaradılması olduqca real görünür. Hazırda mərkəzin hansı statusla fəaliyyət göstərəcəyi ilə bağlı müzakirələr gedir

Dispetçer mərkəzlərinin fəaliyyət istiqamətləri ilə bağlı yekun qaydalar bir neçə aydan sonra məlum olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR