Qəsəbəyə giriş müşkülə çevrildi - VİDEO

Qəsəbəyə giriş müşkülə çevrildi - VİDEO
21:32 24 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu qəsəbəsində yaşayan insanlar yolsuzluq problemi yaşayırlar. Daha doğrusu yol var, amma sonradan həmin yolda hərəkət qadağan olunub. Elşən Mehdiyev küçəsinin sakinləri qəsəbənin mərkəzinə getmək üçün uzun məsafə qət etdiklərini deyirlər.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, getdiyi yolun bağlı olduğunu görən sürücü geri qayıdır.

Bura Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsidir. Sabunçu körpüsünün düz yanına qədər gələn sakinlər Sabunçu qəsəbəsinin içinə, Zabrata və Bakıxanov qəsəbəsinə gedə bilmirlər. Çünki əvvəllər istifadə etdikləri yol indi bağlanıb.

Sakinlərin yolunun bağlandığı hissə cəmi 100-150 metr aralıda yerləşir. Əgər bura hansısa işarə qoyulsa və ya digər tədbirlər görülsə, yolda hərəkəti bərpa etmək mümkündür.

Sakinlərin sözlərinə görə, bir çox sürücülər məcburən qadağan olunmuş yola girir və hərəkətinə davam edir. Buna görə də cərimə olunurlar.

İndi sakinlər aidiyyatı qurumların bu müraciətlərinə cavab verəcəkləri günü gözləyirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR