Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qışda özünüzü depressiyadan qoruyun

Qışda özünüzü depressiyadan qoruyun

Date: 24 November 2016 21:37

Soyuq havaların başladığı bu günlərdə orqanizmimizdə müəyyən dəyişikliklər yaşanır.  İnsanların səhhətilə yanaşı, psixi durumu da xarici amillərdən təsirlənə bilər. Türkiyəli psixoloq Bülent Baykal depressiya və özünü pis hiss etmənin hava şəraiti ilə əlaqəli olduğunu deyir. Aile.lent.az mütəxəssisin bu haqda fikirlərini təqdim edir.
 
B.Baykalın sözlərinə görə, insanlar qış aylarında özünü daha depressiv və kədərli hiss edir: "Bəzi depressiyalar hava şərtləri ilə bağlı yaşana bilir. İnsanlar qapalı yerlərdə özlərini pis hiss edirlər. Belə halda etməli olduğumuz tək şey öz-özümüzə bu vəziyyətin müvəqqəti olduğunu təkrarlamaq və yaxşı şeylər düşünməkdir".
 
 Mənfi hisslərin keçici olduğunu xatırlayın
 
Depressiyanın ən qabarıq əlamətinin həyatdan zövq almamaq duyğusu olduğunu deyən psixoloq bildirir ki, əzginlik, özünü xoşbəxt hiss etməmək, yataqdan qalxmamaq istəyi kimi əlamətləri də ciddiyə almaq lazımdır.
 
Havanın daha tez qaralması və günlərin qısalması da bizi depressiyaya itələyir: "Belə halda insanlar bunun fərqində olmalıdırlar. Səhər qalxmaq istəmirəm, yorğunam, heç bir iş görmək istəmirəm dediyinizdə artıq hərəkətə keçməlisiniz. "Bəli, bu hal indilik belədir, amma  keçəcək", - deyərək özünüzə toxtaqlıq verin. "Özümü daha yaxşı hiss edəcəm, gün keçdikcə daha xoşbəxt olacam" kimi cümlələrlə özünüzü motivasiya etməlisiniz".
 
Açıq havada piyada gəzin
 
Özümüzü pis hiss etdiyimiz anlarda açıq havada piyada gəzməyin də əhəmiyyətini vurğulayan B.Baykal deyir ki, insanlarda tez-tez ancaq yatmaq istəyi, özünə qapanmaq hissi ola bilər: "Belə halda dərhal bayıra çıxıb oksigen qəbul etmək vacibdir. Dostlarınızla artıq görüşmür, həyatdan zövq ala bilmirsinizsə, üstəlik, gərginlik, şiddətli əzələ ağrılarınız varsa, "Mən bu həyatda nə edirəm?", - deyə özünüzə sual verirsinizsə, deməli, durum çox kritikdir və ən qısa zamanda mütləq mütəxəssisdən yardım almalısınız".
Milli.Az


Tags:  Qışda özünüzü depressiyadan qoruyun

RƏYLƏR


Top news