Piyada səkiləri zəbt edildi - İnsanların gediş-gəlişi çətinləşdi - VİDEO

Piyada səkiləri zəbt edildi - İnsanların gediş-gəlişi çətinləşdi - VİDEO
21:37 24 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Piyada səkiləri zəbt edilib. İnsanların gediş-gəlişi çətinləşib. Söhbər Xətai rayonu NZS qəsəbəsindəki Süleyman Əhmədov küçəsindən gedir. Bəs qanunvericiliyə görə, məhəllə daxili küçələrdə səkilərin eni nə qdər olmalıdır? Ümumiyyətlə belə yerlərdə tikilən evlər yoldan hansı məsafədə uzaq olmalıdır?

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yolun kənarında piyadaların hərəkəti üçün nəzərdə tutulan səki zəbt olunub. Bəzi evlər və obyektlərin bir hissəsi səkinin üzərində tikilib. Nəticədə isə yol keçilməz vəziyyətə düşüb. Bura Xətai rayonu NZS qəsəbəsi Süleyman Əhmədov küçəsidir.

Hər gün buradan keçən piyadalar özlərini risqə ataraq məcbur avtomobil yoluna çıxırlar. Üstəlik yaxınlıqda olan 194 nömrəli orta məktəbin şagirdləri də hər gün bu yoldan keçmək məcburiyyətində qalırlar.

Ekspert Ərşad Hüseynov isə deyir ki, sözügedən ərazidə ''Şəhərsalma və Tikinti Məcəlləsi''nin tələbləri pozulub. Qaydalara əsasən məhəllədaxili küçələrdə piyada səkilərinin eni minimum1, 5 metr olmalıdır. Üstəlik həmin yolla tikinti obyektlərinin arasında azı 3 metr məsafə olmalıdır.

Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Zaməddin Əkbərov ısə bildirdi ki, həmin ərazidəki evlər 20-30 il bundan əvvəl tikilib. Hələlik həmin evlərin piyada səkisinə düşən hissəsinin sökülməsi mümkün deyil.

Yolun təmirinə isə nə vaxt başlanılacağı hələlik məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR