Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Vəfat etmiş şəxsin kreditin ödənilmiş hissəsi niyə qaytarılmır? - VİDEO

Vəfat etmiş şəxsin kreditin ödənilmiş hissəsi niyə qaytarılmır? - VİDEO

Ölülərlə selfi etmək mümkün olacaq - (03 Mart 2017 00:33)
Vəfat etmiş şəxslərlə selfi imkanı - Telefonlarda yeni proqram - VİDEO (02 Mart 2017 23:05)

Tarix: 24 Noyabr 2016 21:42

Gədəbəy sakini xəstə qadın müalicə məqsədi ilə bankdan 1700 manat kredit götürüb və bu zaman vəsait sığortalanıb. Ancaq bir müddət sonra qadın vəfat edib. İndi isə qadının oğlu sığorta şirkətini öhdəliklərini yerinə yetirməməkdə ittiham edir. O, anasının sağ olarkən ödədiyi əsas məbləği ona qaytarmayan sığorta şirkətini bu öhdəliyini yerinə yetirməməkdə ittiham edir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, vəfat edən vətəndaşın sığortalanmış krediti varislərinin başına iş açıb.

Gədəbəy sakini Əli Əliyevin anası Narıngül Musayeva ötən ilin dekabr ayında bankların birindən müalicə məqsədilə 1700 manat kredit götürüb və həmin kredit sığortalanıb. 9 ay kreditin ödənişi vaxtında həyata keçirilib. Ancaq bundan sonra anası dünyasını dəyişib.

Əli Əliyev anasının ölməsi haqqında kağız verdikdən sonra sığorta şirkəti kreditin qalığını tam şəkildə banka ödəyib. Şikayətçi bildirir ki, müqaviləsinin digər şərtinə əsasən sığorta şirkəti onun anasının sağ olarkən ödədiyi ayların əsas məbləğini varisinə, yəni ona qaytarmalıdır.

Ancaq şikayətçinin sözlərinbə görə, sığorta şirkəti bu əməbləği hələ də vətəndaşa ödəməyib.

Sığorta şirkətindən də bununla bağlı müqavilənin olduğu təsdiq olunur. Şirkətdən "XəzərXəbər"ə bildirilir ki, pulun vətəndaşa ödənilməməsinin başlıca səbəbi vəfat etmiş Narıngül Musayevanın şəxsiyət vəsiqəsində qeyd edilən ünvanla, müqavilədəki ünvanın eyni olmamasıdır. Sığorta şirkəti vətəndaşdan problemin aydınlaşdırılmasını istəyir. Ünvanın dəqiqləşdirildikdən sonra əsas məbləğ hesablanaraq vətəndaşın hesabına köçürüləcək.

Milli.Az


Teqlər:  Vəfat etmiş şəxsin kreditin ödənilmiş hissəsi niyə qaytarılmır VİDEO



RƏYLƏR


Top xəbərlər