İpoteka almaq istəyənlərə - ŞAD XƏBƏR - VİDEO

İpoteka almaq istəyənlərə - ŞAD XƏBƏR - VİDEO
21:42 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Növbəti ilin əvvəlindən Azərbaycanda ipoteka kreditlərinin verilməsi bərpa edilə bilər. Artıq ipoteka kreditləri üzrə məlumatların qəbuluna başlanılıb. Üstəlik belə kreditlərin maksimum məbləği 100 min manatadək olacaq.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bir müddətdir dayandırılmış ipoteka kreditləri yenidən verilməyə başlanır. İpoteka fondu internet portalı vasitəsi ilə müraciətlərin qəbuluna başlayıb. İqtisadçılar bildirir ki, ipoteka kreditlərin gələn ilin əvvəlindən bərpa ediləcək.

İqtisadçı Rəşad Həsənov bildirir ki, Mənzil İnşaatı dövlət agentliyinin tikdiyi sosial evlərin də ipoteka kreditləri əsasında vətəndaşlara verilməsi bu sahədə canlanma yaradacaq. Üstəlik 2017-ci ilin dövlət büdcəsində məhz ipoteka kreditlərin üçün 5o milyon manat ayrılması nəzərdə tutulur ki, bu belə kreditlərin sayını artıracaq. İpoteka kreditləri verəcək bankların sayı isə azaldılıb.

İpoteka kreditləri əvvəlki kimi ilkin ödəniş 25-30 faiz, illik 8 faiz olmaqla maksimum 25 il müddətinə olacaq. Güzəştli ipoteka isə ilkin ödəniş 15 faiz , illik 4 faiz 30 il müddətinə veriləcək.

Bu gün Prezident İlham Əliyev də elektron hökümət portalında elektron ipoteka sisteminin yaradılması əlaqədar fərman imzalayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/492768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR