Stilist Eliz Sakuçoğlu avtomobil yolunda çəkiliş edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Eliz yeni moda proyekti üçün qara gəlinlikdə yolun ortasına çıxıb. Avtomobil sürücülərinin narazılığını vecinə almayan stilist jurnalistləri də gördükdə zarafat edib:
"Hə, siz gəldinizsə, işimiz düzəldi. Yeni gəlinlik proyektim üçün çəkiliş edirəm. Necədir? Qara gəlinlik mənə yaraşır?".