İmzalar atıldı - 52 illik müharibəyə SON

İmzalar atıldı - 52 illik müharibəyə SON
22:18 24 Noyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiya hakimiyyəti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında yeni bir razılaşmaya imza atılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya prezidenti Juan Manuel Santos və FARC-ın lideri Rodrigo Londononun paytaxt Boqotada imzaladığı yeni razılaşmada təxminən 60 dəyişiklik edilib.

Qeyd edək ki, hökumət ilə FARC arasında oktyabrın 2-də imzalanan ilk razılaşma referendumdan keçməmişdi. Kolumbiya hakimiyyəti ilə FARC arasında 52 ildən sonra imzalanan sülh sazişinə xalqın 50,24 faizi “xeyr” demişdi.

Xatırladaq, FARC 1964-cü ildən Kolumbiya hökuməti ilə silahlı mübarizə aparırdı. 250 min insan bu münaqişənin qurbanı olub, 6 milyon insan öz evindən didərgin düşüb. Kolumbiya hökuməti ilə FARC arasında barışığa dair danışıqlar 2012-ci ilin noyabrında Havanada başlayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR