Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD iranlı zəvvarlara hücum etdi: 80 ölü

İŞİD iranlı zəvvarlara hücum etdi: 80 ölü

Date: 24 November 2016 22:22

İraqın paytaxtı Bağdad şəhərində bomba partlaması nəticəsində 80 nəfərdən çox insan ölüb.
Milli.Az BBC-yə istinadən bildirir ki, onların əksəriyyəti iranlı şiə ziyarətçilərdir, rəsmilər bildirir.
Partlayış paxtaxtın cənubunda " Əl Hilla"  restoranın yaxınlığındakı benzindoldurma stansiyasının yaxınlığında olub.
Qurbanların çoxu Kərbəla şəhərindən Ərbəin ziyarətindən qayıdan iranlılar və bəhreynlilər olub.
Partlayışa görə məsuliyyəti İŞİD üzərinə götürüb.
Qrupa bağlı Amaq agentliyi bildirib ki, ölənlərin və yaralıların sayı 200-ə yaxındır.
Zəvvarlar məhərrəmliyin 40-cı gününü qeyd edərək Kərbəladan qayıdırdılar.

Milli.Az


Tags:  İŞİD iranlı zəvvarlara hücum etdi 80 ölü

RƏYLƏR


Top news