Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rene Veyler: "Qəbələ" ilə oyun çətin oldu"

Rene Veyler: "Qəbələ" ilə oyun çətin oldu"

“Qəbələ” üçün xüsusi hazırlaşmayacağıq” - Ayxan Abbasov (19 Mart 2017 23:07)
"Dəyişikliklər olacaq" - Şahin Diniyev (27 Fevral 2017 18:27)
“Qəbələ” Litva klubunu uddu (25 Fevral 2017 13:27)

Tarix: 24 Noyabr 2016 22:27

Bakı. 24 noyabr. REPORT.AZ/ "Oyuna hazırlıqlı çıxmışdıq. Qələbə üçün əlimizdən gələni etdik və bunu bacardıq".
"Report"un məlumatına görə, bunu Belçikanın "Anderlext" klubunun baş məşqçisi Rene Veyler Avropa Liqasının qrup mərhələsində Bakıda "Qəbələ" ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Baş məşqçi oyun haqda bunları bildirib:
"Qapıçımız Ruf gənc oyunçudur və onun qol buraxması, səhv etməsi normaldır. Bir neçə qapıçımız da var ki, gələcək oyunlarda onları meydana buraxa bilərəm. "Qəbələ" ilə oyun çətin oldu. Buna baxmayaraq, qələbə qazandığımız üçün şadam. Qarşıdakı oyunlarda da əlimizdən gələni edib, qələbə qazanmağa çalışacağıq. Stançu oyunda bir az çətinlik çəkirdi. Əsas odur ki, nəticə bizim tərəfimizdədir. Heyətdə gənc oyunçular var. Onlar da uğur qazanmağa, nəticə göstərməyə çalışırlar".

Teqlər:  Rene Veyler Qəbələ oyun çətin oldu



RƏYLƏR


Top xəbərlər