Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Güləşçilərimiz “Qızıl Qran-pri”nin ilk günündə 7 medal qazandı

Güləşçilərimiz “Qızıl Qran-pri”nin ilk günündə 7 medal qazandı

Date: 24 November 2016 22:28

Noyabrın 24-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin birinci gününə yekun vurulub.

Publika.az xəbər verir ki, doqquzuncu dəfə təşkil olunan turnirin ilk günündə Azərbaycan idmançıları 7 medal qazanıblar.

Əllidən çox ölkədən 700-ə yaxın güləşçinin mübarizə apardığı turnirin birinci günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi ilə məşqçilər korpusunun daha çox gənc güləşçilərə şans verdiyi yığmamız 3 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub. Qızıl medalları yığmamıza Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıblar. Gitinomaqomed Hacıyev (70 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medallara isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborov (97 kq) layiq görülüblər.

Turnirə noyabrın 26-da yekun vurulacaq.


Tags:  Güləşçilərimiz Qızıl Qran-prinin ilk günündə medal qazandı


RƏYLƏR


Top news