Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı uçuşları da daxil olmaqla "Lufthansa"da 800 reys təxirə salınır

Bakı uçuşları da daxil olmaqla "Lufthansa"da 800 reys təxirə salınır

Date: 24 November 2016 22:32

Almaniyanın "Lufthansa" aviaşirkəti sabah 800-dən artıq aviareysi təxirə salmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, qrafikin dəyişməsi 100 mindən artıq sərnişinin uçuş planına təsir edəcək.

Qeyd edək ki, Almaniyanın "Lufthansa" aviaşirkətinin işçilərinin keçirdiyi tətil Bakı reyslərinə də təsir edib. Bu barədə Trend-ə bu gün şirkətin Bakı nümayəndəliyindən məlumat verilib.

Verilən məlumata görə, bu gün və sabah üçün Bakı-Frankfurt-Bakı, Bakı-Aşqabad və əks istiqamət üzrə reyslər təxirə salınıb.

"Lufthansa"nın Bakı ofisi məlumat verib ki, təxirə salınan reyslərin sərnişinlərinə alternativ variantların seçilməsi məsləhət görülür.

Ümumilikdə, "Lufthansa" bu gün 912 reysini təxirə salmalı olub.

Artıq neçə gündür ki, Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotları əmək haqlarının artırılması tələbi ilə tətil elan ediblər. Tətil nəticəsində təkcə son iki gündə 2000-ə yaxın reys təxirə salınıb.

Milli.Az


Tags:  Bakı uçuşları daxil olmaqla Lufthansada 800 reys təxirə salınır

RƏYLƏR


Top news