Bakıda beynəlxalq dostluq festivalı keçirilir

Bakıda beynəlxalq dostluq festivalı keçirilir
22:37 24 Noyabr 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Gürcüstanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq dostluq festivalı keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, festival Mərkəzi İncəsənət Məktəbi ilə "Harmony" gürcü folklor və klassik musiqisinin inkişafı cəmiyyətinin birgə təşəbbüsü ilə reallaşıb. Üç gün davam edəcək festivalin ilk günlərində seçim turları təşkil olunacaq. Seçim turlarında hər iki ölkənin musiqi məktəbi şagirdlərinin çıxışları dinləniləcək.

Noyabrın 27-də isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında seçim turlarından keçmiş şagirdlər yekun qala-konsert proqramı ilə çıxış edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR