"Məğlub olmaq həmişə pisdi" - "Qəbələ"nin məşqçisi

"Məğlub olmaq həmişə pisdi" -  "Qəbələ"nin məşqçisi
22:37 24 Noyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

“Üzücü oyun oldu. Uşaqlar yaxşı oynasalar da, adi diqqətsizliyə görə qapımızda qollar gördük”.  Fanat.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin məşqçisi Sənan Qurbanov deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Anderlext”i qəbul edən “qırmızı-qaralar” meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıblar.

 

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov nəticəni belə şərh edib: “Oyundan öncə də məşqçimiz uşaqları məlumatlandırmışdı ki, rəqibin heyətində çox sürətli futbolçular var. Komandamız yaxşı oynayıb, məğlub oldu. Ardıcıl 2 il Avroliqanın qrupunda çıxış etmək “Qəbələ” üçün yaxşı təcrübədi. Məncə, komandamız təcrübə yığa-yığa yaxşı yerə gəlib çıxacaq”.

 

- Məğlubiyyətin əsas səbəbkarları kimdi?

- Mən baş məşqçinin dediklərini icra edən adamam. Məğlub olmaq həmişə pisdi. Oyunu analiz edib, çatışmazlıqları aradan qaldıracağıq.

 

- Oyundan əvvəl penaltini Rikardinyonun yerinə yetirilməsi nəzərdə tutulmuşdu?

- Həm Rikardinyo, həm də Filip Ozobiçə bu tapşırıq verilmişdi. Lakin Rikardinyo özünə daha çox inandı. O, ilk 2 epizodda topu qapıdan keçirdi. Üçüncü penaltini qaçırması isə psixoloji amillə bağlı idi.

 

- Yenidən zədələnən Dabo “Qarabağ”a qarşı oynaya bilərmi?

- Həkimlər hələ konkret bir söz deməyiblər. Topuğunda ağrı var. Sabah MRT-dən sonra dəqiq biləcəyik. (apasport.az)




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmlub-olmaq-hmi-pisdiquot-t54428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR