Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Roma səfiri və Yezid

Roma səfiri və Yezid

Date: 24 November 2016 22:47

Roma səfirinin yanındakı şəxs nəql edir: "O zaman ki, Şama daxil olduq, bütün çıraqlar yanırdı. Evlərin üzəri həddən artıq çox bəzənmişdi. Ərəblərin xəlifəsi taxtında əyləşmişdi və qarşısında da zərli sinidə bir şey var idi. Hər kəsin əlində badə var idi və xəlifənin badəsi ilə toqquşdurub içirdilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, deyilənə görə, bu xəlifə böyük bir döyüşdə qalib gəlmişdi və bu zərli sinidə olan da böyük sərkərdənin başı idi. Onun ailəsini əsir götürmüşdülər. Hər yerdən gözəl parçalar asmışdılar və saz səsləri gəlirdi. Bütün insanlar şadlıq edirdi, qadınlar gözəl libaslarını geyinmiş və zinətlərini taxmışdılar. Hər kəsə halva və şirniyyat verirdilər. Hilin, zəncəfilin, darçının iyi hər yerə yayılmışdı. Bu dəfə çox qalmaq istəmədik. Çünki həmin gün yaşıl saraya dəvət olunmuşduq.
Səfir xəlifədən soruşdu ki, bu sinidə olan başın əhvalatı nədir?
Xəlifə dedi: "Sənin onunla nə işin var?".
Səfir dedi: "O zaman ki, öz ölkəmə qayıdacağam, padşah burada gördüklərimin hamısından mənə sual verəcəkdir. Ona görə də bu sinidə olan başın əhvalatını bilmək istəyirəm ki, ona da danışım və sizin şadlığınızla onu da şad edim".
Xəlifə sininin üzərində olan örtüyü götürdü və dedi: "Bu, Hüseynin (ə) başıdır, Əli ibn Əbutalibin (ə) oğlunun".
Səfir soruşur: "Anası kimdir?".
-       Fatimədir (s.ə), Peyğəmbərin (s) qızı.
Sonra sinidə olan mayeni içməyə başlayır.
Bu sözləri eşidən zaman səfirin rəngi qızarır və əllərinin yumruqlarını sıxmağa başlayır, ayağa qalxıb, deyir: "Mənim atam, Davud (ə) peyğəmbərin nəvələrindəndir. Mənimlə Davud (ə) arasında çox sayda nəsillər gəlib getmişdir. Buna baxmayaraq, xristianlar mənə həmişə ehtiram göstəriblər. Ayağımın altındakı torpağı təbərrük biliblər. Amma siz Peyğəmbərin (s) qızının oğlunu..". Səsi titrəməyə başladı və kəlmələri qırıq-qırıq deməyə başladı.
Xəlifə heç bir söz demirdi. Ətrafında olanlar da badələrini kənara qoymuşdular. Səfir danışa bilmirdi və çətinliklə nəfəs alırdı. Bir neçə dəqiqə sonra adi halına qayıtdı və aram şəkildə xəlifəyə dedi: "Hazır kilsənin macərasını eşitmisənmi?".
Xəlifə dedi: "Danış eşidim".
Səfir ayaq üstə danışmağa başladı: "Hazır kilsəsi Çin ilə Oman arasında yerləşir. Mehrabından qızıl sandıq asıblar. Onun daxilində bir dırnaq vardır ki, deyilənə görə İsanın (ə) atının dırnağıdır.
Xristianlar həmin sandığı ipək parça ilə bəzəyiblər və onun ətrafında təvaf edirlər. Onu öpür və Allahdan hacətlərini istəyirlər. Ancaq siz Peyğəmbərinizin (s) oğlunu öldürürsünüz və mey məslici qurursunuz? Allah sizin dininizdəki bərəkəti alar".
Xəlifə rəng verib, rəng aldı. Qalxdı, əyləşdi və səsi bütün saraya yayıldı: "Onu öldürün!".
Səfir dedi: "Məni öldürmək istəyirsən?".
Xəlifə dedi: "Bəli".
Səfir bir neçə addım xəlifəyə tərəf gəlir və deyir: "Bil və agah ol ki, mən keçən gecə sizin Peyğəmbərinizi (s) yuxuda görmüşdüm ki, mənə behişt müjdəsini vermişdi. İndiyə qədər onun yozumunu bilmirdim".
Səfir bir neçə addım yenə yaxınlaşdı və başı sinidən götürüb öpdü və sinəsinə sıxdı və möhkəm ağladı. Xəlifənin səsi eşidildi: "Cəllad!".
Bir neçə dəqiqə sonra saraydan qan iyi gəlməyə başladı". (Erfan)
Allah Təala Əhli-Beytə (ə) zülm edənlərin əzabını şiddətləndirsin, inşəallah.

Milli.Az


Tags:  Roma səfiri Yezid

RƏYLƏR


Top news