"Qəbələ"nin məşqçisi: "Üzücü bir oyun oldu"

"Qəbələ"nin məşqçisi: "Üzücü bir oyun oldu"
22:47 24 Noyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

"Üzücü bir oyun oldu. Həm "Sent-Etyen"lə, həm də bu oyun eyni oldu. Ani bir diqqətsizlik nəticəsində qapımızda qol gördük".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qəbələ"nin məşqçisi Sənan Qurbanov Avropa Liqasının V turunda Bakıda Belçika "Anderlext"i ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

S.Qurbanov oyun haqda bunları bildirib:

"Baş məşqçimiz komandaya məlumat vermişdi ki, rəqibin heyətində sürətli oyunçular var. Bu "Qəbələ" üçün təcrübədir. Fikrimcə komanda təcrübə yığa-yığa yaxşı nəticə göstərəcək".

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Sizcə qələbə qazanmaq üçün oyunda nə çatışmadı?

- Mən köməkçiyəm və baş məşqçinin tapşırığını icra edirəm. Məğlub olmaq həmişə pisdir. Oyunu analiz edib, çatışmayan cəhətləri aradan qaldırmalıyıq. Bu həm mənim, həm də komanda üçün təcrübədir".

- Üçüncü penaltini niyə Rikardinyo vurdu?

- Oyunöncəsi həm Rikardinyo, həm də Filip Ozobiçə tapşırılmışdı ki, penalti olsa, onlar vursun. Rikardinyo hazır idi. İki penaltini qola çevirdi, amma üçüncüdə bir az psixoloji cəhətdən rahat deyildi.

- Dabonun zədəsi nə yerdədir?

- İlkin olaraq topuğunda ağrı olduğu bildirilir. Amma dəqiq məlumatı müayinədən sonra alacağıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR