Soyuq hava şəraitində nələrə diqqət etməli?

Soyuq hava şəraitində nələrə diqqət etməli?
22:52 24 Noyabr 2016
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxssislərin araşdırmaları çox da sərt olmayan soyuq havanın insan orqanizmi üçün faydası olduğunu söyləyirlər. Soyuq hava sağlam orqanizmi olan adamlar üçün faydalı sayılır. Çünki soyuq hava bədəni möhkəmləndirir, gücləndirir və bədənin təbii istiliyini artırır. Soyuq havanın orqanizmdəki toksik maddələri dağıtmaq xüsusiyyəti vardır. Soyuq havada şiş toxumalarının artma sürəti zəifləyir, dəridəki tər axacaqlarının ağzı bağlanır. Soyuq havalar dərinin nəmliyini artırır.
Soyuq havanın orqanizmə faydası var dedikdə, çox da sərt olmayan havalar nəzərdə tutulur. Çünki həddindən artıq sərt soyuq hava orqanizmin təbii istiliyinin azalmasına səbəb olur. Bu da qanın bəzi xüsusiyyətlərinin dəyişməsinə səbəb olur. Sərt soyuq hava orqanizmin ətraflarına qanın normal işləməməsinə və hətta toxumaların ölümünə səbəb ola bilir. Bəs soyuq havalarda nələrə diqqət etmək lazımdır?
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bəzi qaydalar vardır ki, həddindən artıq soyuq havalarda bu qaydalara əməl eləmək lazımdır. Bunun üçün ilk öncə əllərin və ayaqların qorunması lazım gəlir. Çünki soyuqdan ilk zərər görən əl və ayaqlar olur. Qış aylarında əllər və ayaqlar isti yağla ovxalanmalıdır. Massaj üçün çörəkotu yağı, sədəfotu yağı və ya digər isidici bitki yağlarından istifadə etmək olar. Soyuq havaya çıxmazdan əvvəl əllər və ayaqlar yağlansa, üşümə hissi azalar.
Soyuq havada çox üşümüş adamın orqanizminin özünü bərpa eləməsi üçün isti hamamda çimməsi məsləhət görülür. Bu zaman hamamın istiliyi tədricən artırılmalıdır.
Sərt soyuqda üşüyən adamlara bədəni isidəcək qidalardan və içkilərdən istifadə etmək tövsiyə edilir.
Məsələn, zəncəfil, mixək, əmbər çayları, kofe orqanizmi isidən içkilərdən hesab edilir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR