Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Araz” ikinci oyunu darmadağınla uduzdu

“Araz” ikinci oyunu darmadağınla uduzdu

Date: 24 November 2016 22:52

Bu gün futzal üzrə UEFA kubokunda elit-raundun növbəti oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Araz"ın mübarizə apardığı B qrupunda II turun qarşılaşmaları baş tutub.

Xorvatiyanın paytaxtı Zaqrebdə qüvvəsini sınayan Miıtinyonun yetirmələri yarışın son qalibi Rusiya "Yuqra"sı ilə görüşüb. İlk turda gözlənilmədən Xorvatiyanın "Nasional" klubuna 1:2 hesabı ilə uduzan təmsilçimiz bu dəfə darmadağına üzülüb.

Görüş Rusiya klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA kuboku

Elit raund

B qrupu

II tur

24 noyabr

"Araz" (Azərbaycan) - "Yuqra" (Rusiya) - 0:4

Qollar: Eder Lima, 9:59, Marseniya, 27:12, Çişkala, 31:57, Kayo, 33:28

Hakimlər: Paskal Lamal (Belçika), Eduardo Fernandes Koelyu (Portuqaliya),

Zaqreb. İdman Evi

"Araz": 1. Rövşən Hüseynli (Q), 3. Bolinya, 8. Rizvan Fərzəliyev (C), 10. Vassura, 13. Everton Kardozo

Ehtiyat oyunçular: 19. Emin Kürdov (Q), 5. Fineo, 6. Eduardo, 7. Çovdarov, 9. Rüstəmli, 11. Bağırov, 15. Fabio Poletto, 17. Atayev

Baş məşqçi: Miltinyo

"Yuqra": 1. Kupatadze (Q), 2. Şayaxmetov, 5. Eder Lima, 8. Marsenio, 18. Davidov

Ehtiyat oyunçular: 19. Slemzin (Q), 4. Liskov, 7. Afanasyev, 9. Kotlyarov, 11. Kayo, 12. Çişkala, 14. Piroqov, 15. Siqnev

Baş məşqçi: Kaka

1.

Yuqra

2

2

0

0

8:0

6

2.

Nasional

1

1

0

0

2:1

3

3.

Hamburq

1

0

0

1

0:4

0

4.

Araz

2

0

0

2

1:6

0

Milli.Az


Tags:  Araz ikinci oyunu darmadağınla uduzdu


RƏYLƏR


Top news