Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Araz" UEFA Kubokunun "Dördlər finalı"na yüksəlmək şansı itirib

"Araz" UEFA Kubokunun "Dördlər finalı"na yüksəlmək şansı itirib

"Mançester Yunayted" İngiltərə Kubokunun 1/4 finalına çıxıb (20 Fevral 2017 00:22)
Azərbaycan gimnastı Dünya kubokunun finalında - FOTO (18 Fevral 2017 18:43)
Azərbaycan gimnastı batut gimnastikası üzrə Dünya Kubokunun finalına çıxıb - FOTO (18 Fevral 2017 18:32)

Tarix: 24 Noyabr 2016 23:07

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün "Araz" futzal klubu UEFA Kubokunun elit-raund mərhələsində ikinci oyununa çıxıb.
"Report" xəbər verir ki, Naxçıvan təmsilçisinin rəqibi Rusiyanın "Qazprom Yuqra" klubu olub.
Matç çempionumuzun "Dördlər finalı"na yüksəlmək perspektivinin üstündən birdəfəlik xətt çəkib. "Araz" ilk matçda olduğu kimi ikinci oyunda da uduzaraq şansını itirib. Ruslar Almaniyanın "Hamburq" klubu ilə matçda olduğu kimi 4:0 hesabı ilə qalib gəliblər.
24 noyabr
UEFA Kuboku, elit-raund mərhələsi
II tur
21:00. "Araz" (Azərbaycan) - "Qazprom Yuqra" (Rusiya) - 0:4
Qollar: Eder Lima, 10, Marseniya, 28, Çişkala, 32, Kayo, 34
Hakimlər: Paskal Lemal (Belçika), Eduardo Koelho Fernandes (Portuqaliya)
Zaqreb. Dom Sportova İdman Kompleksi
Qeyd edək ki, "Araz" ilk oyunda meydan sahibinə - Xorvatiyanın "Nasional" klubuna 1:2 hesabı ilə uduzub. 

Teqlər:  Araz UEFA Kubokunun Dördlər finalına yüksəlmək şansı itirib



RƏYLƏR


Top xəbərlər