Xərçəngsiz bir həyat üçün bunları yeyin

Xərçəngsiz bir həyat üçün bunları yeyin
23:12 24 Noyabr 2016
468 Ölkə
Ölkə mətbuatı
A- A+

Hələ qəti müalicəsi tapılmayan xərçəng, əsrin ən təhlükəli xəstəliklərinin başında gəlsə də, müəyyən qidaları istehlak edərək, bu xəstəliyə yaxalanma riskini böyük miqdarda salmaq mümkündür.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  ABŞ-da 90 mindən çox qadın üzərində aparılan araşdırmaya görə, süfrəsində yüksək lif ehtiva edən qidalar ilə tərəvəz və meyvəyə yer verən qadınların xərçəngə yaxalanma nisbəti 15% daha azdır.
Yenə ABŞ-da, ötən il aparılan araşdırmada, zeytun yağı və yaşıl yarpaqlı tərəvəzlərin başlıca olaraq istehlak edildiyi zaman mədə xərçənginə mübtəla olma risklərinin digər qrupa nisbətən 33 faiz daha az olduğu da müəyyənləşdirilib. (yenisafak.com)
Qəhvənin də xərçəngə qarşı qoruyucu təsiri olduğu məlumdur. 2015-ci ildə aparılan bir araşdırmanın nəticəsinə görə, gündə bir neçə fincan qəhvə içənlərin kolon xərçənginə yaxalanma riskləri, içməyənlərə nisbətən 42 faiz daha azdır.
Mütəxəssislər, xərçəngə qarşı digər bir qidanın doymamış yağlar olduğunu bildirdilər.
Xüsusən, alabalıq və ton balığı kimi soyuq dənizlərdə yaşayan balıqların "Omega 3" baxımından çox zəngin olduğu və xərçəngin qarşısını almaqda təsirli olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR