Həddindən artıq tərləmənin səbəbi nədir?

Həddindən artıq tərləmənin səbəbi nədir?
23:17 24 Noyabr 2016
182 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərləmə - bədəndən xaricə duzlu bir mayenin atılmasıdır. Xüsusilə yay mövsümü ilə birlikdə tez-tez şikayət etdiyimiz tərləmənin əslində bədən üçün olmazsa, olmaz bir funksiyası vardır: tərləmə, bədənimizin soyutma sistemidir.

Çöldəki istiyə baxmayaraq, tər yolu ilə bədən istiliyinin artmaması təmin edilmişdir. Üstəlik bədəndən müxtəlif toksinlərin atılmasına da yardımçı olur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  nə qədər tərlədiyimiz, bədənimizdə nə qədər tər bezimiz olduğuyla yaxından əlaqədardır. Bir insan 2 ilə 4 milyon arasında dəyişən sayda tər beziylə doğular. Yetkinlik dövründə tər bezləri tamamilə aktivləşir.
Həddindən artıq tərləmənin səbəbi hiperhidroz ola bilər.
Birinci tip hiperhidrozun genetik olduğu düşünülür və böyük ehtimalla, yalnız tər bezlərinin çox aktiv olmasından qaynaqlanır. Bu tip hiperhidrozda tər bezləri normaldan 4-5 qat daha çox işləyir.
İkinci hiperhidrozda isə həddindən artıq tərləmə, bir xəstəliyə işarə edir. İkinci tip hiperhidroz ümumiyyətlə bütün bədənə təsir edər.
Əgər tərləmə ilə birlikdə aşağıdakı əlamətlər də ortaya çıxırsa, dərhal bir həkimə müraciət edin: sinə ağrısı, qızdırma, sürətli nəbz, nəfəs darlığı, çəki itkisi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR