İrəvan xanlığının tarixinə dair nəşrin təqdimatı keçirilib

İrəvan xanlığının tarixinə dair nəşrin təqdimatı keçirilib
23:18 24 Noyabr 2016
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Prezident Kitabxanası və "Azərbaycan Tarixçiləri" İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirilib.

Publika.az Trend-ə istinadən xəbər verir ki, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, müəllifləri Dövlət mükafatına layiq görülən "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi" monoqrafiyasının Azərbaycan, ingilis və rus dilində versiyalarının təqdimatı da ilk olaraq, bu kitabxanada keçirilib.

Onun sözlərinə görə, bu gün artıq Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan İrəvan xanlığının tarixi keçmişinə və mədəni irsinə həsr edilmiş yeni nəşrlər təqdim edilir:

"Həmin nəşrlərdən ikisinin - "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı" və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" broşürlərinin müəllifi Nazim Mustafa həm Prezident Kitabxanasının, həm də Tarix İnstitutunun əməkdaşıdır. Həmin broşürlərin yazılmasında kitabxanamızda erməni dilində olan ədəbiyyatdan geniş istifadə edilib. Digər ikisinin müəllifi tanınmış tarixçi alim Güntəkin Nəcəflidir. Arzu edirəm ki, Tarix İnstitutu bundan sonra da İrəvan xanlığının sosial-iqtisadi, mədəni həyatının digər mühüm istiqamətlərini özündə əks etdirən kiçikhəcmli broşürlər hazırlayıb nəşr etdirsin. Hesab edirəm ki, bu broşürlərin diplomatik korpuslar və Azərbaycan diasporunun təmsilçilərinin vasitəsilə xarici ölkələrdə yayılması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində mühüm rol oynayacaq".

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edib ki, müasir Ermənistanın ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub:

"Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda - İrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımlar dövrü başlandı".

"İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı" adlı kitabın müəllifi Nazim Mustafa bildirib ki, ermənilər İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərini daim saxtalaşdırmağa cəhd edirlər. Onun sözlərinə görə, ermənilər İrəvanı qədim şəhər kimi təqdim etməyə çalışsalar da, bununla bağlı real faktlar tapa bilmirlər.

N.Mustafa bildirib ki, "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" adlı kitabda Azərbaycan xalqına məxsus olan və erməni vandalları tərəfindən dağıdılan nadir memarlıq abidələrinin - qədim İrəvan məscidlərinin acı taleyindən bəhs olunur:

"Əsərdə qeyd olunur ki, erməni rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin simvolu kimi əks etdirilib. Hazırda isə Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara "Fars məscidi" kimi təqdim edirlər".

Müəllif deyib ki, "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı" adlı kitabda İrəvan rəsmilərinin xaricdən gələn qonaqlara göstərmək üçün "qədim paytaxtlarında" bir dənə də olsa, yaşı 200 ildən yuxarı olan tarixi abidə tapa bilmədikləri qeyd edilib.

Tarixçi-alim Güntəkin Nəcəfli deyib ki, onun müəllifi olduğu "İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası" adlı əsərində 400 ildən artıq tarixə malik olan, dəfələrlə yadelli yürüşlərinə sinə gərmiş, XIX əsrin I yarısında Azərbaycan xalqının çar Rusiyası işğalçılarına qarşı apardığı şanlı mübarizə mərkəzlərindən birinin - İrəvan qalasının qəhrəmancasına müdafiəsindən bəhs olunur. Bu kitab İrəvan qalası müdafiəçilərinin əziz xatirəsinə həsr olunub: "İrəvan qalası Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin göstərişi ilə səfəvi sərkərdəsi Rəvanqulu xan tərəfindən XVI əsrin əvvəllərində tikdirilib".

G.Nəcəfli müəllifi olduğu "Çuxursəd hakimləri və İrəvan xanları" adlı əsərdə qeyd edilir ki, qədim Azərbaycan torpağı olan müasir Ermənistanın ərazisi orta əsrlərdə Çuxursəd vilayəti adlanırdı: "Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın yerli türk tayfalarının - Qaraqoyunlu, Ağqoyunlu, Rumlu, Ustaclı, Əfşar, Qacar tayfasının nümayəndələri olan xanlar idarə etmişlər".

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Qısqanc qadın ona xəyanət edən ərini kişilikdən məhrum etdi - FOTO

29 Aprel 2017 04:05

Monteneqro parlamenti NATO-ya üzvlüyə dair sazişi təsdiq edib

29 Aprel 2017 03:57

Bağdadda partlayış baş verib:

29 Aprel 2017 03:47

Qara şiferli ailə evi - FOTO

29 Aprel 2017 03:32

Liviya sahillərində uzun sürən atışmadan sonra Ukrayna gəmisi ələ keçirilib

29 Aprel 2017 03:27

İmişlidə toydan evə qayıdan piyadanı avtomobil vurdu

29 Aprel 2017 03:23

FIFA prezidentinə qarşı araşdırma başladı

29 Aprel 2017 03:14

Cəmilənin göbəyiaçıq libası: "Əsəbiləşib belə geyindim" - FOTO

29 Aprel 2017 03:05

İranda Messinin oxşarı - FOTOLAR

29 Aprel 2017 02:44

PPX avtomobili qəzaya uğradı - 1 nəfər yaralandı

29 Aprel 2017 02:38

"Calzedonia"nın yeni kolleksiyası - FOTO

29 Aprel 2017 02:32

"Liverpul" müqavilə yenilədi -

29 Aprel 2017 02:25

Bakıda PPX-ya məxsus avtomobil qəzaya uğrayıb, 1 nəfər yaralanıb

29 Aprel 2017 02:07

Bella qəribə libasda alt paltarını göstərdi - FOTO

29 Aprel 2017 02:05

"Quartz": Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir

29 Aprel 2017 01:58

Şimali Koreya ballistik raketini sınaqdan keçirib

29 Aprel 2017 01:57

Avtobus sürməyə icazəsi yoxdur -

29 Aprel 2017 01:53

Avstriya prezidenti ölkə qadınlarını islamofobiya ilə mübarizə naminə başlarını bağlamağa çağırıb

29 Aprel 2017 01:42

Ledi Qaqa yeni reklamda - FOTO

29 Aprel 2017 01:32

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:30

Əməkdar artist xəstəxanaya yerləşdirildi

29 Aprel 2017 01:19

Bakıda məhbus özünü asdı

29 Aprel 2017 01:14

Filippində güclü zəlzələ baş verib

29 Aprel 2017 01:13

Bağdadın mərkəzində partlayış - 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:09

Bağdadda güclü partlayış: 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:08

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:07

Filippində 7,2 bal gücündə zəlzələ

29 Aprel 2017 01:04

Obama Nyu-Yorkda çıxışına görə daha 400 min dollar qazanıb

29 Aprel 2017 00:52

Xəzərdə zəlzələ oldu

29 Aprel 2017 00:49

"Azərsun" Bakı 2017-nin rəsmi dəstəkçisi oldu -

29 Aprel 2017 00:49

Çimərlikdə hər kəs bu rus gözələ baxdı - FOTO

29 Aprel 2017 00:47

Bu yay alt paltarları altda qalmayacaq - FOTOLAR

29 Aprel 2017 00:38

Bağdadda güclü partlayış baş verib

29 Aprel 2017 00:32

Goranboyda kafedə dava düşdü - yaralanan var

29 Aprel 2017 00:29

"Türkiyə ilə danışıqlar dayanmayıb" -

29 Aprel 2017 00:28

Dünyanın ən maraqlı və həyəcanlı dəmir yolları - VİDEO

29 Aprel 2017 00:23

Astroloji proqnoz - 29 aprel

29 Aprel 2017 00:08

"Qalatasaray" Brumanı saxlaya bilmir

29 Aprel 2017 00:05

Günün qoroskopu: işlərinizdə uğur vəd edən gündür

29 Aprel 2017 00:05

Raytorala görə 27 nömrəli formadan imtina etdi - FOTO

28 Aprel 2017 23:57

Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib

28 Aprel 2017 23:57

Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı

28 Aprel 2017 23:56

Limon dənələrini atmayın, əkin - FOTO İZAH

28 Aprel 2017 23:52

Mineral suların faydası

28 Aprel 2017 23:47

"Liverpul" futbolçu ilə müqavilə yenilədi

28 Aprel 2017 23:47

Qohumlararası evliliklər gen xəstəliklərinin artmasına səbəb olur

28 Aprel 2017 23:42

Təzyiqi normallaşdırır, saç tökülmənin qarşısını alır...

28 Aprel 2017 23:42

Lö Pen Zidanın cavabını verdi:

28 Aprel 2017 23:40

49 yaşlı kişini ilan vurdu - Şəmkirdə

28 Aprel 2017 23:39

Kişilərin ən çox arzuladığı qadın çimərlikdə - FOTOLAR

28 Aprel 2017 23:38