Təbii antibiotiklər hansılardır?

Təbii antibiotiklər hansılardır?
23:22 24 Noyabr 2016
370 Ölkə
Ölkə mətbuatı
A- A+

Sarımsaq, soğan:

Minillərdir ki, bir çox tibbi məqsədlə istifadə edilən möcüzəvi qidalar olan sarımsaq və soğanın bakteriya, göbələk və virusları yox etmə qabiliyyəti 19-cu əsrdə Luis Pasterin araşdırmalarıyla da təsdiqlənmişdir. Tərkibində olan kükürd birləşmələri sayəsində immunitet sistemini gücləndirən, xərçəngə qarşı qoruyan qidalardırlar.
Turp:
Milli.Az deyerler.org-a istinadən bildirir ki, turp, içərisindəki zəngin C vitamini, fol turşusu, fosfor və yüksək lif sayəsində tam bir sağlamlıq qaynağıdır. Çox güclü bir antioksidan olan turp, soyuqdəymə kimi xəstəliklərin müalicəsində əla vasitədir. Yüksək lifi sayəsində həzm və ifrazat sistemini dəstəkləyir, öskürəyə yaxşı təsir göstərir. (elele.com.tr)
Qırmızı bibər:
Qırmızı bibər C vitamini cəhətdən zəngin bir qidadır. Tərkibində olan C vitamini immunitet sistemini gücləndirərkən, digər bir maddə olan kalium infarkt riskini azaldır. Ağrıkəsici və iltihab həlledici təsirinin yanında xolesterolu salır və mikroböldürücü xüsusiyyət daşıyır.
Kivi:
Anti-oksidan xüsusiyyəti sayəsində immuniteti gücləndirən kivi, tam bir C vitamini anbarıdır. Belə ki, kivinin tərkibində portağaldan da daha çox C vitamini vardır. Bir ədəd kivinin tərkibində gündəlik alınması lazım olan C vitamini ehtiyacından daha çox vitamin mövcuddur. Qan şəkərini nizamlayan kivi, tərkibindəki lif sayəsində həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR