Türkiyə parlamentində Rusiya ilə Dostluq Qrupu yaradıldı

Türkiyə parlamentində Rusiya ilə Dostluq Qrupu yaradıldı
23:32 24 Noyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Böyük Millət Məclisində Rusiya ilə parlamentlərarası Dostluq Qrupu yaradılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf partiyasından deputat Rəcai Bərbər parlamentlərarası qrupun türkiyəli həmsədri təyin edilib.
 
"Parlamentlərarası əlaqələr iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynayır. Biz rusiyalı həmkarlarımıza Türkiyə tərəfinin arzu və diləklərini çatdıra biləcəyik. Eyni şeyi onların da etmək imkanı olacaq", - deyə deputat bildirib.
 
Onun sözlərinə görə, parlamentlərarası dostluq qrupu çərçivəsində qarşılıqlı səfərlər planlaşdırılıb.   
Sosial səhifələrdə paylaş

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR