Qızdırması olan uşaqlara bunları etməyin

Qızdırması olan uşaqlara bunları etməyin
23:37 24 Noyabr 2016
281 Ölkə
Ölkə mətbuatı
A- A+

"Eşşəyin qızdırması düşəcək" - Səbuhi Məmmədli elə yerdən yazır ki... - ANONS (11 May 2017 15:59)

Milli.Az lent.az-a istinadən pediatr Günay Rəsulovanın məqaləsini təqdim edir.

Bir çoxumuz qızdırmalı uşağa yanaşma mövzusunda təxmini məlumatlara sahibik. Bir az da ordan-burdan eşitdiyimiz məlumatlarla hərəkət edirik ki, bu da bəzən temperaturun daha da yüksəlməsinə səbəb olur. Temperatur zamanı necə etməli, hansı vasitələrə əl atmalı kimi məsələlər haqqında isə hər birinizə ümumi məlumatlar lazımdır.
 
Qışla birlikdə, xüsusilə məktəb dövründəki uşaqların çoxunda qızdırmalı xəstəliklər dövrü başlayır. Uşağın hərarəti isə, ümumiyyətlə, ana-atalarda çaxnaşma yaradır. Halbuki qızdırma hər zaman qorxulu bir vəziyyət deyil. Əhəmiyyətli olan qızdırmalı uşağa necə yanaşmaq və nə lazım olduğunun bilməkdir.
 
Uşaqlarda hərarət qısa müddət içində özbaşına yaxşılaşan sadə virus xəstəliklərdən qaynaqlanır. Qızdırmalı uşaqların yalnız az bir qismində antibiotik müalicəsi ehtiyacı olan bakterial infeksiyalar olur. Qızdırmanın müalicəsində əsas məqsəd uşağın rahatlanması və narahat edilməməsidir.
 
Hərarətin normala düşməsi, hərarətə səbəb olan xəstəliyin müalicəsi mənasını vermir. Simptomatik müalicədə məqsəd bədən temperaturunu normal səviyyəsinə salmaq olmamalıdır. Böyük uşaqların özünü yaxşı hiss etdiyi, kiçik uşaqların isə rahatladığı bir bədən temperatur səviyyəsi müalicə üçün kafidir. Yəni qızdırmanın müalicəsi üçün bədən istiliyinin mütləq 36 dərəcəyə düşmüş olması lazım deyil.
 
Yüksək hərarət zamanı görülən ilk 5 tədbir:

 
- Paltarlarına diqqət edin: 38.5 dərəcə hərarəti olan uşağınızın üzərindəki çox geyimləri çıxarın.
- Maye qəbuluna diqqət edin: Bol miqdarda su və sulu qidalar qəbul etməlidir.
- Mühitin istiliyini nəzərə alın: Olduğu mühitin istiliyini 21-22 dərəcə arasında saxlamağa çalışın.
- İlıq duş aldırın: 29-32 dərəcə istilikdəki ilıq suyla duş aldırın və ya yaş bezlə kompress edin.
- Hərarət salan həblər verməyin: Qızdırmanın 39 dərəcəyə çıxması vəziyyətində həkiminizlə məsləhətləşib uşağa hərarət salan həblər verə bilərsiniz.
 
Yüksək hərarət zamanı edilməməsi lazım olan 5 hərəkət:
 
1. Üşüyən və titrəyən qızdırmalı uşağınızın üzərini örtməyin.
2. Qalın paltarlar geyindirməyin.
3. Soyuq suyla duş etdirməyin.
4. Spirt və sirkəli suyla kompress etməyin.
5. Fasiləsiz olaraq hərarət salan həblər verməyin.
 
Bir çox ana-ata tərəfindən edilən bu səhv addımlar qızdırmanın daha da yüksəlməsinə, dərman və spirt zəhərlənməsi kimi nəticələrə yol aça bilər.
 
3 aylıq körpələrdə hərarətə diqqət edin!
 
Uşaqlarda hərarət, ümumiyyətlə, 2-3 gün içində özbaşına yaxşılaşan sadə virus xəstəliklərdən qaynaqlanır. Ancaq qızdırmalı uşağın yaşı burada çox əhəmiyyətlidir. Xüsusilə 3 aylıq qızdırmalı uşağı vaxt itirmədən mütləq həkim nəzarəti altında saxlamalı, hərarətə yol açan vəziyyəti araşdırmalı və müalicəsi xəstəxana şəraitində aparılmalıdır.
 
Qızdırma üçün kritik müddət 3 gündür.
 
3 aydan böyük uşaqlarda hərarətin dərəcəsi və müddət vaxtına xəstənin ümumi vəziyyəti göz qarşısında saxlanılaraq nəzarət edilməlidir. Ümumi vəziyyəti yaxşı, qidalanması pozulmamış, hərarəti 38.5 dərəcədən az olan uşaqlar evdə 3 gün simptomatik müalicə ala bilər. Əgər hərarətin olma müddəti 3 günü keçirsə, həkim müayinəsi mütləq lazımdır.
 
2 yaşından kiçik uşaqlarda əhəmiyyətli olan simptomlar
 
Qızdırmalı uşaqlarda və xüsusilə körpələrdə aşağıdakı simptomlardan biri və ya bir neçəsi qızdırma ilə bərabər olursa, həyatı təhdid edən ciddi bakterial infeksiya ehtimalı səbəbiylə vaxt itirmədən bir həkimə müraciət edilməlidir.
 
Mütləq həkiminizə bildirməlisiniz:
 
- Hərarət 40 dərəcəyə yüksələrsə və 72 saatdan daha uzun müddət davam edirsə;
 
- Qızdırmayla birlikdə uşağınızda davamlı ağlama, inləmə və toxunulduğunda narahatlıq halı varsa;
 
- Hərarətin düşməsinə baxmayaraq narahatlığı davam edirsə;
 
- Davamlı mürgüləmə halı, şüur bulanıqlığı və sayıqlama kimi hallar varsa;
 
- Əmgəyində atma və qabarıqlıq varsa;
 
- Hərarətlə birlikdə dərisində bənövşəyi ləkələr əmələ gəlirsə;
 
- Ağızda quruluq, göz yaşının olmaması, göz kürəsində və əmgəydə çöküklük kimi maye itkisi simptomları varsa;
 
- Çətin və tez nəfəs alırsa, öskürək, sinə, qulaq, qarın, boğaz ağrısı, davamlı qusma, ishal, sidik çıxararkən yanma, sidik rəngində dəyişmə kimi simptomlar varsa
 
Uşaqlarda hərarətə gətirib çıxaran 15 səbəb:
 
1. İnfeksiyalar: zökəm, üst tənəffüs yolu infeksiyaları, qızılca, su çiçəyi, tonzillit, sinusit, orta qulaq iltihabı, sətəlcəm, sidik yollarının infeksiyaları, qastroenterit, meningit, ensefalit, myokardit, endokardit, perikardit, artrit, osteomyelit, sepsis kimi
2. Peyvəndlər: körpəlik dövründə reallaşdırılan xüsusilə qarışıq peyvəndlərdən sonra
3. Zədə, əzələ içi iynəsi, diş çıxarma, yanıq kimi
4. Su itkisi: İshal, qusma, yanıq və s.
5. Xəbis hadisələr:lenfoma, metastatik xəstəliklər
6. Dərmanlar: Antibiotiklər, atropin, amfetamin, amfoterisin kimi
7. Qan tranfüzyonları
8. Baş travmaları
9. Bioloji agentlər
10. İmmunoloji xəstəliklər: artrit, sistemik lupus eritomatozus
11. İltihab xəstəliklər: iltihab bağırsaq xəstəliyi
12. Endokrin xəstəliklər
13. Metabolik xəstəliklər
14. Zəhərlənmələr
15. Səbəbi bilinməyən xəstəliklər

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan Qran-Prisi başa çatdı: qalib kim oldu?

25 İyun 2017 20:07

Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ

25 İyun 2017 20:05

Məşhur futbolçu ailəvi istirahətdə - FOTO

25 İyun 2017 20:05

Hərəkətdə olan avtomobildən yola yıxıldı - BAKIDA QORXULU ANLAR

25 İyun 2017 19:59

18 yaşlı məktəbli Bitcoinlə milyonçu oldu

25 İyun 2017 19:57

Porsche-dən ən güclü 911 Turbo - FOTO

25 İyun 2017 19:57

Formula 1 Azərbaycan Qran Prisi -

25 İyun 2017 19:56

Qadınlar yuxuya daha çox ehtiyac duyur

25 İyun 2017 19:52

Şəkərin 4 təhlükəli xüsusiyyəti

25 İyun 2017 19:52

Milli üzvü “Göztəpə” yolunda

25 İyun 2017 19:49

Ərdoğan ABŞ-a xəbərdarlıq etdi - NATO-ya yenidən baxıla bilər

25 İyun 2017 19:39

BMW-dən böyük hetçbək - FOTO

25 İyun 2017 19:37

Millimizin futbolçusu "Göztəpə"yə keçir - SON DURUM

25 İyun 2017 19:37

Xəzərdə batan şəxs xilas edilib

25 İyun 2017 19:36

Məşhur xanım Dubayda dincəlir - FOTO

25 İyun 2017 19:32

Məşhur mağara kompleksi İŞİD-dən geri alındı

25 İyun 2017 19:29

Moskvada izdiham: 250 min müsəlman bayram namazı qılıb

25 İyun 2017 19:27

İldönümü üçün Cayenne düzəltdi - FOTO

25 İyun 2017 19:27

Hər gün 15-20 dəqiqə sürətlə gəzin

25 İyun 2017 19:22

"Formula 1" Azərbaycan Qran Prisində -

25 İyun 2017 19:21

Cocuq Mərcanlıda 7960 ədəd qəlpə, 1 ədəd tank əleyhinə raket aşkarlanıb

25 İyun 2017 19:17

Hamiləlik testi mobil telefonla yoxlana biləcək

25 İyun 2017 19:17

"Onun milliyə yaramadığını deyənlər başdanxarablardı"

25 İyun 2017 19:17

Müğənniyə gül vermək üçün səhnəyə lüt çıxdı - FOTOLAR

25 İyun 2017 19:14

Antibiotiklər eşitmə itkisinə səbəb ola bilər

25 İyun 2017 19:12

“Toro Rosso”, “Sauber” və “Force India”nın pilotları Bakıda azarkeşlərlə görüşüblər - FOTO

25 İyun 2017 19:12

Bakıda iş qurmaq istəyən qadınlara külli miqdarda pul “atdılar”

25 İyun 2017 19:09

Dünya alimlərindən şok elmi nəticə: xoşbəxt olmağa çalışmaq insanı bədbəxt edir

25 İyun 2017 19:05

Təyyarə QƏZASI: pilot öldü

25 İyun 2017 19:05

Ramazan bayramı namazı necə qılınır?

25 İyun 2017 19:05

Attraksiondakı nasazlıq gənc qızı ölümlə üz-üzə qoydu - QORXUDOLU ANLAR - VİDEO

25 İyun 2017 19:03

"Neftçi"nin braziliyalısı nə vaxt gələcək? - SON DURUM

25 İyun 2017 18:57

Soğan qabığını atmayın -

25 İyun 2017 18:55

Terrorun iyrənc üzü: oyuncaq-partlayıcı işə düşdü, 6 uşaq pldü

25 İyun 2017 18:49

Maşını aşırdı, öldü

25 İyun 2017 18:47

Bakıda gözəllik salonlarında qadınlara qarşı CİNAYƏT

25 İyun 2017 18:44

Təyyarə QƏZASI - Pilot öldü

25 İyun 2017 18:43

Funda: "Evimdə işgəncə otağı var"

25 İyun 2017 18:42

80 yaşlı nənənin qoluna qandal vurub polis bölməsinə apardılar - FOTO

25 İyun 2017 18:42

Dmitri Kozak: “Rusiya ilə Azərbaycan dost dövlətlərdir”

25 İyun 2017 18:42

Şerzinger və “The Black Eyed Peas” in Bakı konsertindən YENİ FOTOLAR

25 İyun 2017 18:37

Formula 1: Serxio Peres və Kimi Raykonnen yarışı erkən tərk ediblər

25 İyun 2017 18:32

Səmra: "Mənim etdiklərimi kimsə edə bilməz"

25 İyun 2017 18:32

Qahirədə güclü yanğın -

25 İyun 2017 18:29

Formula 1-in Bakı finalında yarışla erkən vida

25 İyun 2017 18:17

Ataya dəfn etdiyi oğlundan zəng gəldi

25 İyun 2017 18:17

“www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə çatdırıldı

25 İyun 2017 18:09

"Səbail" neçə futbolçuyla başlayacaq? - AÇIQLAMA

25 İyun 2017 18:07

Polisə 300 min təklif edən azərbaycanlı biznesmeni 12 ilədək həbs gözləyir

25 İyun 2017 18:05

Formula 1-də 3 bolid mübarizəni dayandırdı

25 İyun 2017 18:05