Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ"nin 6-cı məğlubiyyəti

"Qəbələ"nin 6-cı məğlubiyyəti

Date: 25 November 2016 00:17

"Qəbələ"nin avrokuboklardakı məğlubiyyət seriyası 6-ya çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin V turunda "Anderlext"ə 1:3 hesabı ilə uduzan təmsilçimiz bundan əvvəlki 5 görüşdə də xal əldə etməmişdi.
 
Pley-offun cavab oyununda Sloveniya "Maribor"una 0:1 hesabı ilə yenilən əyalət klubu qrupda hələ xal qazana bilməyib. "Anderlext"ə Belçikada da 1:3 hesabı ilə uduzan "Qəbələ" evdə Almaniya "Maynts"ına (2:3) və hər iki görüşdə "Sent-Etyen"ə (0:1, 1:2) məğlub olub.
 
Qeyd edək ki, Azərbaycan klublarının antirekordu ardıcıl 7 məğlubiyyət alan "Kəpəz"ə məxsusdu.

Milli.Az


Tags:  Qəbələnin 6-cı məğlubiyyəti

RƏYLƏR


Top news