"Hakimin qərarı düzgün deyildi" - Filip Ozobiç

"Hakimin qərarı düzgün deyildi" - Filip Ozobiç
00:22 25 Noyabr 2016
96 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Anderlext"ə 1:3 hesabı ilə uduzan "Qəbələ" klubunun yarımmüdafiəçisi Filip Ozobiç qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Görüşlə bağlı nə düşünürsünüz?

- Yaxşı oynadıq. Qələbə qazanmalı idik. Təəssüf ki, sonluq belə alındı.

- Komandanız penaltidən istifadə edə bilmədi. Bəxtinizin gətirmədiyini demək olarmı?

- Belə demək olar. İkinci penaltini vursaydıq, oyunun axarı da fərqli alınacaqdı. Onda başqa cür alınacaqdı, hətta nəticə də fərqli ola bilərdi.

- İkinci penaltinin təkrar vurulmasına səbəb olan futbolçu kim idi?

- Cərimə meydançasına kimin daxil olduğunu görmədim. Çünki fikrim penaltidə idi. Amma Rikardinyo qol vursa da, referi təkrarlanmasını istədi. Fikrimcə, hakimin  qərarı düzgün deyildi. Onda gərək bütün penaltilər təkrar yerinə yetirilsin. Təəssüf ki, belə alındı.

- Belə çıxır ki, "Qəbələ" qrup mərhələsini xalsız başa vuracaq. Çünki növbəti görüş səfərdə "Maynts"a qarşı olacaq.

- Dəqiq bir söz demək olmur. Biz də yaxşı oynamaq, nəticə qazanmaq istəyirdik. Əslində, "Anderlext"ə qarşı yaxşı oynadıq. Sadəcə, bəxtsizlik sözünü dedi və xal qazana bilmədik.

- Tribunaların boş olması sizi ruhdan salmırdı?

- Buna təəssüflənməmək olmur. Həqiqətən də çox az azarkeş gəlmişdi. Ancaq etiraf edim ki, bu gün tribunalarda yer alan azarkeşlər heç də peşman olmadılar. Onlar maraqlı oyun izlədilər.

- Çempionatda növbəti oyununuz da çətin alınacaq. "Qarabağ"la matça qədər bərpa oluna biləcəksiniz?

- Çalışacağıq, çünki bizi çox vacib və əhəmiyyətli oyun gözləyir. Həmin oyunda mütləq qələbə qazanmalıyıq.

- Bu oyundan əvvəl Roman Qiqorçuk açıqlama verdi ki, "Qarabağ" üzərində qələbə "Anderlext"lə matçdan daha vacibdi. Onun bu fikri ilə razısınız?

- Əlbəttə, razıyam. Avropa Liqasında onsuz da şansımız qalmayıb. Amma çempion olmaq üçün mütləq qələbə qazanmalıyıq.

- Dabonun yoxluğu təsir edəcəkmi oyununuza?

- Onun yoxluğu bizim üçün ciddi itkidi. Məncə, Dabosuz bizə çox çətin olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR