FHN Bakıda mənzildə baş vermiş partlayışla bağlı məlumat yayıb

FHN Bakıda mənzildə baş vermiş partlayışla bağlı məlumat yayıb
00:37 25 Noyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 24-də Bakının Binəqədi rayonunda baş vermiş partlayışla bağlı məlumat yayıb.
"Report" nazirliyin saytına istinadən xəbər verir ki, məlumatda axşam saatlarında Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan ikiotaqlı mənzildə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verdiyi bildirilir.
Məlumata görə, yanğın nəticəsində 1 otağın, mətbəxin və eyvanın yanar konstruksiyaları 23 m2 sahədə yanıb. Partlayış nəticəsində hamam otağının arakəsmə divarı, mənzilin pəncərə çərçivələri və 3-cü mərtəbədə digər vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağının, mətbəxinin və eyvanının pəncərə çərçivələri dağılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/fhn-bakida-menzilde-bas-veren-partlayisla-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR