Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bu ölkədə azan oxumaq qadağan edildi

Bu ölkədə azan oxumaq qadağan edildi

Azan səsi gələndə qorxmaq normaldır? (19 Mart 2017 20:52)
Azanı qadağan etmək istəyən İsrailə iki şok birdən - VİDEO (15 Mart 2017 00:38)
İsraildə azan qadağan olundu (09 Mart 2017 11:17)

Tarix: 25 Noyabr 2016 02:01

Macarıstanın Asotthalom şəhərində məscid və minarə tikintisi, azan oxunması qadağan edilib.

Axşam.az-ın Macarıstan mətbuatına istinadən məlumatına görə, bu barədə Macarıstanın Jobbik Partiyasının sədrinin köməkçisi bildirib.

Onun sözlərinə əsasən, bu qərar aidiyyatı digər instansiyalara da bir nümunə olmalıdır.

"Xaricdən gələnlərin özləri ilə gətirdikləri radikal meyillərdən uzaq olmaq üçün bu ideal addımdır", - deyə o vurğulayıb.

Lakin Macarıstan İslam Cəmiyyəti Başçısı Zoltan Bolek Asotthalom Bələdiyyə Məclisinin qəbul etdiyi bu qərarın ölkə konstitusiyasına zidd olduğunu bildirib. O qeyd edib ki, bu qərar təxribat xarakterlidir və bu barədə konstitusiya məhkəməsinə məktub yazıb.

Qeyd edək ki, təxminən 30 min müsəlmanın yaşadığı Macarıstanda mütəmadi açıq fəaliyyət göstərən məscid yoxdur.


Teqlər:  ölkədə azan oxumaq qadağan edildi



RƏYLƏR


Top xəbərlər