Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Venesuela neft hasilatının sabitləşdirilməsi üzrə sazişin əldə olunmasını zəruri hesab edir

Venesuela neft hasilatının sabitləşdirilməsi üzrə sazişin əldə olunmasını zəruri hesab edir

OPEK şərtləri 100 faiz yerinə yetirib (26 Mart 2017 12:23)
Rusiya neft hasilatını xeyli azaldıb (25 Mart 2017 20:59)
Rusiya neft hasilatını azaldıb (25 Mart 2017 19:47)

Tarix: 25 Noyabr 2016 02:12

Bakı. 25 noyabr. REPORT.AZ/ Venesuela yaxın həftələrdə neft hasilatının sabitləşdirilməsinə dair sazişin əldə olunmasını zəruri hesab edir, əks təqdirdə qiymətlər qeyri-sabit olacaq.
"Report" xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyinin "Twitter" səhifəsində qeyd olunur.
"Biz OPEK-in nazirlər görüşündən sonra istəyirik ki, yüksək səviyyədə – liderlər səviyyəsində müqavilə imzalayaq. Əgər biz yaxın həftələrdə razılığa gələ bilməsək, qiymətlərdə balans pozulacaq. Hazırda məqsəd ən vacibi Rusiya olan bütün qeyri-OPEK ölkələrini bu işə daxil etməkdir", - deyə məlumatda bildirilir.
Saziş üzrə yekun qərar OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək iclasında qəbul olunmalıdır.

Teqlər:  Venesuela neft hasilatının sabitləşdirilməsi üzrə sazişin əldə olunmasını zəruri hesab edir



RƏYLƏR


Top xəbərlər