Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Əliyar Ağayev Avroliqanın "Şalke" - "Nitsa" matçını idarə edib

Əliyar Ağayev Avroliqanın "Şalke" - "Nitsa" matçını idarə edib

"Neftçi" - "Qəbələ" oyununu kim idarə edəcək? (10 Mart 2017 18:17)
Əliyar Ağayev "Benifka"nın futbolçularını cəzalandırdı (07 Mart 2017 20:07)
Əliyar Ağayev I diviziona göndərildi (03 Mart 2017 17:07)

Tarix: 25 Noyabr 2016 02:22

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq matçını idarə edib.
"Report"un məlumatına görə, 29 yaşlı referi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyada "Şalke" ilə Fransanın "Nitsa" klubu arasında keçirilən oyunda baş hakim olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Qolları ukraynalı Yevgeni Konoplyanka (14-cü dəqiqə) ilə Dennis Aoqo (pen. 80) vurub. Ağayev bu matçda 6 sarı, 1 qırmızı vərəqə göstərib. O, 90+3-cü dəqiqədə meydan sahiblərinin qanalı yarımmüdafiəçisi Bernhard Tekpeteyi birbaşa qırmızı vərəqə ilə cəzalandırıb. Ağayev "Şalke"dən 2, "Nitsa"dan 4 futbolçuya sarı vərəqə göstərib.
Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov, qapı arxasında Orxan Məmmədovla Rəhim Həsənov yardımçı olub. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirib.


Teqlər:  Əliyar Ağayev Avroliqanın Şalke Nitsa matçını idarə edib



RƏYLƏR


Top xəbərlər