Çavuşoğlu Aİ-ni tənqid etdi

Çavuşoğlu Aİ-ni tənqid etdi
02:44 25 Noyabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının Ankaraya təzyiq etmək cəhdləri mənasızdır. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Avropa Parlamentinin Aİ-yə üzvlüyü ilə bağlı Türkiyə ilə müzakirələrin dondurulmasına dair  qərarını şərh edərkən XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.  

 

“Aİ, ilk növbədə, öz mövqeyini və siyasətini yenidən nəzərdən keçirməlidir. Bu cür üsullarla Türkiyəyə təzyiq etmək cəhdləri mənasızdır... Türkiyə Aİ qurumlarının obyektiv tənqidini və istənilən konstruktiv qərarını qəbul etməyə hazır olduğunu həmişə bəyan edib. Lakin qərəzliliyə yol verildikdə, Ankara buna qarşı çıxış edir. Bizim üçün bu cür qərarların heç bir hüquqi qüvvəsi yoxdur”, - deyə Çavuşoğlu bildirib.

 

Onun sözlərinə görə, qərəzli və subyektiv addımlar Avropa Parlamentinin və, ümumilikdə,  Aİ-nin imicinə ziyan vurur: “Ankaraya qarşı uzun müddətdir ki ikili standartlar siyasəti aparılır”.

 

Qeyd edək ki, Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib.

 

Prezident Rəcəb Tayyip Ərdoğan sözügedən qərarın Türkiyə üçün heç bir əhəmiyyət kəsb etməyəcəyini bildirib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR