Avropa Liqasında V turun oyunları keçirilib

Avropa Liqasında V turun oyunları keçirilib
02:52 25 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında V turun oyunları keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi "Qəbələ"nin qrupunda hər iki 1/16 finalçı müəyyənləşib.
Bu, "Qəbələ"ni həm evdə, həm də səfərdə 3:1 hesabı ilə məğlub edən "Anderlext" (Belçika) və V turda "Maynts"la qolsuz heç-heçə edən "Sent-Etyen"dir (Fransa). Bu qruda kimin lider olması son turda Brüsseldə bilinəcək. "Qəbələ" isə iddiası qalmayan "Maynts"ın qonağı olacaq.
Ancaq "Qarabağ"ın qrupunda son tur öncəsi nəinki 2, heç 1 komanda da "play-off"a çıxmayıb. PAOK-un "Fiorentina" ilə səfər matçında son saniyələrdə vurduğu qələbə topu vəziyyəti qəlizləşdirib və nəticədə hamının şansı qalıb.
Türkiyə təmsilçilərindən "Fənərbağça" 1/16 finalın bir addımlığındadır. Bu tur asan qələbə qazanan İstanbul klubuna son oyunda "Feyenoord"la səfər matçında 1 xal da bəsdir.
Avropa Liqası, qrup mərhəsi, V tur
24 noyabr
A qrupu
20:00. "Fənərbağça" (Türkiyə) - "Zarya" (Ukrayna) - 2:0
Qol: Miroslav Stok, 59, Simon Kyaer, 67
Qırmızı vərəqə: Eduard Sobol, 90+3 ("Zarya", ikinci sarı)
00:05. "Mançester Yunayted" (İngiltərə) - "Feyenoord" (Hollandiya) - 4:0
Qollar: Ueyn Runi, 35, Xuan Mata, 69, Zlatan İbrahimoviç, 75, Yese Linqard, 90+4
Xal durumu: "Fənərbağça" - 10. "Mançester Yunayted" - 9. "Feyenoord" - 7. "Zarya" - 2.
B qrupu
20:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr) - 2:1
Qollar: Marin Aniçiç, 59, Corc Despotoviç, 84 - Georgios Efros, 31
Qırmızı vərəqə: İnaki Astiz, 33 (APOEL, birbaşa)
00:05. "Olimpiakos" (Yunanıstan) - "Yanq Boyz" (İsveçrə) - 1:1
Qol: Konstantinos Fortunis, 48 - Guillaume Oarau, 58
Xal durumu: APOEL - 9. "Olimpiakos" - 8. "Yanq Boyz" - 5. "Astana" - 5.
C qrupu
20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika) - 1:3
Qollar: Rikardinyo, 15-pen, 74-pen - Yuri Tielemans, 11, Massimo Bruno, 90, Lukaş Teodorçik, 90+4
Qırmızı vərəqə: Rəşad Eyyubov, 89 ("Qəbələ", ikinci sarı)
00:05. "Sent-Etyen" (Fransa) - "Maynts" (Almaniya) - 0:0
Xal durumu: "Anderlext" - 11. "Sent-Etyen" - 9. "Maynts" - 6. "Qəbələ" - 0.
D qrupu
20:00. "Zenit" (Rusiya) - "Makkabi" (Tel Əviv, İsrail) - 2:0
Qollar: Aleksandr Kokorin, 44, Aleksandr Kerjakov, 90+1
00:05. "Dundalk" (İrlandiya) - AZ (Hollandiya) - 0:1
Qol: Uout Veqhorst, 9
Xal durumu: "Zenit" - 15. AZ - 5. "Dundalk" - 4. "Makkabi" - 4.
E qrupu
00:05. "Austriya" - "Astra" (Rumıniya) - 1:2
Qollar: Lukas Rotpuller, 58 - Daniel Florea, 79, Konstantin Bedesku, 88-pen
Qırmızı vərəqə: Aleksander Qrunvald, 65 ("Austriya", ikinci sarı)
00:05. "Roma" (İtaliya) - "Viktoriya" (Çexiya) - 4:1
Qollar: Edin Dzeko, 11, 61, 88, Diyeqo Perotti, 81 - Martin Zeman, 18
Xal durumu: "Roma" - 11. "Astra" - 7. "Avstriya" - 5. "Viktoriya" - 3.
F qrupu
00:05. "Atletik" (İspaniya) - "Sassuolo" (İtaliya) - 3:2
Qollar: Raul Qarsiya, 10, Aritz Aduriz, 58, Lekkue, 79 - Mikel Balenziaqa, 2-öz qapısına, Antonio Raqusa, 83
00:05. "Genk" (Belçika) - "Rapid" (Avstiya) - 1:0
Qol: Nikoas Karelis, 11
Xal durumu: "Genk" - 9. "Atletik" - 9. "Rapid" - 5. "Sassuolo" - 5.
G qrupu
22:00. "Ayaks" (Hollandiya) - "Panatinaikos" (Yunanıstan) - 2:0
Qol: Lassa Şöne, 40. Kenni Tete, 50
22:00. "Selta" (İspaniya) - "Standard" (Belçika) - 1:1
Qol: Yaqo Aspas, 8 - Kostas Layfis, 81
Xal durumu: "Ayaks" - 13. "Standart" - 6. "Selta" - 6. "Panatinaikos" - 1.
H qrupu
22:00. "Gent" (Belçika) - "Braqa" (Portuqaliya) - 2:2
Qollar: Kalifa Kulibali, 32. Daniel Milçeviç, 40 - Nikola Stoyilikoviç, 14. Ahmed Hassan, 36
22:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Konyaspor" (Türkiyə) - 4:0
Qollar: Abdulkerim Bardakçı, 11-öz qapısına. Dentinyo, 36. Eduardo, 66. Bernard, 74
Xal durumu: "Şaxtyor" - 15. "Braqa" - 6. "Gent" - 5. "Konyaspor" - 1.
İ qrupu
22:00. "Şalke" (Almaniya) - "Nitsa" (Fransa) - 2:0
Qol: Yevgeni Konoplyanka, 14. Dennis Aoqo, 80-penalti ilə
22:00. "Krasnodar" (Rusiya) - "Zalsburq" (İsveçrə) - 1:1
Qollar: Fyodor Smolov, 85 - Munas Dabbur, 37
Xal durumu: "Şalke" - 15. "Krasnodar" - 7. "Zalsburq" - 4. "Nitsa" - 3.
J qrupu
22:00. "Slovan" (Çexiya) - "Qarabağ" (Azərbaycan) - 3:0
Qollar: Eqon Vüç, 11. Nikolay Komliçenko, 57-penalti ilə; 63
22:00. "Fiorentina" (Yunanıstan) - PAOK (Yunanıstan) - 2:3
Qollar: Federiko Bernardeski, 33. Xuma Babakar, 50 - Yevgeni Şaxov, 5, Calma Kampos, 28. Qarri Rodriges, 90+3
Xal durumu: "Fiorentina" - 10. "Qarabağ" - 7. PAOK - 7. "Slovan" - 4.
K qrupu
22:00. "Sparta" (Çexiya) - "Sautgempton" (İngiltərə) - 1:0
Qol: Kosta, 11
22:00. "Hapoel" (Beer Şeva, İsrail) - "İnter" (İtaliya) - 3:2
Qollar: Lusio Maranyao, 58. Antoni Nvakaeme, 71-penalti ilə. Ben Sahar, 90+3 - Mauro İkardi, 13. Marselo Brozoviç, 25
Xal durumu: "Sparta" - 12. "Southempton" - 7. "Hapoel" - 7. "İnter" - 3.
L qrupu
22:00. "Sürix" (İsveç) - "Vilyarreal" (İspaniya) - 1:1
Qollar: Roberto Rodriges, 87-penalti ilə - Bruno Soriano, 14
22:00. "Styaua" (Rumıniya) - "Osmanlıspor" (Türkiyə) - 2:1
Qollar: Marko Mamçiloviç, 68. Qabriel Tamaş, 86 - Badu NDiaye, 30.
Xal durumu: "Osmanlıspor" - 7. "Vilyarreal" - 6. "Styaua" - 6. "Sürix" - 6.
Qeyd edək ki, qrup mərhələsinin son turunun oyunları dekabrın 8-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasinda-v-turun-oyunlari-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR