Bir əfsanə də belə getdi - FOTO/VİDEO

Bir əfsanə də belə getdi - FOTO/VİDEO
05:18 25 Noyabr 2016
95 İdman
Ölkə mətbuatı
A- A+

“Liverpul” klubunun və İngiltərə yığmasının sabiq futbolçusu Stiven Cerrard karyerasını başa vurub.

Publika.az xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.

Cerrard hələ bir müddət əvvəl bildirmişdi ki, ABŞ-ın “Los Anceles Qalaksi” komandası ilə müqaviləsinin müddəti başa çatan kimi karyerasını yekunlaşdıracaq. Sözünü tutan təcrübəli yarımmüdafiəçi futboldan gedişini belə izah edib: “Karyeram ərzində kifayət qədər inanılmaz emosiyalar yaşamışam. Xüsusən də 1998-ci ildə “Liverpul”da debüt edəndə təsəvvür edə bilməzdim ki, qarşıda məni hələ 18 il gözləyir. Kapitanı olduğum və bir çox mükafat qazandığım “Liverpul”un heyətində 700 oyun keçirdiyim üçün qürur hissi duyuram. Mən heç vaxt İstanbul xatirəmi unutmaram”.

Xatırladaq ki, məhz ingiltərəli futbolçunun böyük əzmkarlığı sayəsində “Liverpul” 2004/2005-ci il UEFA Çempionlar Liqası mövsümünün İstanbulda keçirilən və hesabda 3:0 geri düşdüyü finalı qazanmışdı.

Qeyd edək ki, 1998-2015-ci illər ərzində “Liverpul”un formasını geyinmiş Cerrard “Qırmızılar”ın heyətində ümumilikdə 710 oyunda 186 qol vurub. O, 2000-2014-cü illər ərzində şərəfini qoruduğu İngiltərə yığmasında isə 114 matçda 21 dəfə fərqlənib.








Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/177256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR