Balqabaq kotleti

Balqabaq kotleti
07:05 25 Noyabr 2016
299 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az balqabaq kotletinin hazırlanma qaydasını təqdim edir

Tərkibi

0,5 kq qabığı soyulmuş balqabaq 
2 yumurta
10 x.q. un
duz
istiot
zirə 
2 diş sarımsaq 
0,5 dəstə cəfəri

sous: 

4 pomidor 
2 diş sarımsaq 
1 qəhvə fincanı bitki yağı
reyhan 
yarım dəstə cəfəri
1 st. sürtgəcdən keçirilmiş holland pendiri

Qabığı soyulmuş balqabağı duzlu suda bişirin, süzüb püre halına salın. Yumurta, un, duz, istiot, zirə, döyülmüş sarımsaq, xırda doğranmış cəfərini əlavə edib qarışdırın. 

Bir qazana su tökün, duz əlavə edib qaynadın. Qaynara düşəndə qaşıqla balqabaqlı qarışıqdan götürüb qaynar suya salın. Kotletlər suyun üzərinə çıxandan 5 dəqiqə sonra kəfkirlə götürüb boşqablara çəkin.

Sous: pomidoru sürtgəcdən keçirin, əzilmiş sarımsaq, bitki yağı, xırda doğranmış reyhan (yaxud qurusu), cəfəri əlavə edib suyunu çəkənədək bişirin. 

Bu sousu kotletlərin üzərinə gəzdirin. Üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin. 

Göstərilən sous əvəzinə sarımsaqlı qatıqdan da istifadə edə bilərsiniz.

Nuş olsun! 

resept: "Sofra" dərgisi

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/492057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR