Azərbaycan üçün hansı ölkə daha önəmlidir: ABŞ, yoxsa Rusiya?

Azərbaycan üçün hansı ölkə daha önəmlidir: ABŞ, yoxsa Rusiya?
07:17 25 Noyabr 2016
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər portalının Facebook səhifəsində istifadəçilər arasında sosioloji sorğu keçirilib. Respondentlər "Azərbaycan üçün hansı ölkə daha önəmlidir?" sualına ABŞ və Rusiya cavablarından birini qeyd ediblər. Sorğusunun nəticəsinə əsasən, azərbaycanlıların 81%-i Rusiyanı, yalnız cəmi 19 %-i isə ABŞ-ı ölkəmiz üçün daha önəmli hesab edir.

Sorğunun nəticələrini Milli.Az-a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, bu, əslində, real vəziyyətin göstəricisidir:

"Sadəcə, kiçik bir dəqiqləşdirmə aparılmalıdır ki, bizim üçün həm ABŞ, həm də Rusiya önəmlidir. Amerika ən azından ona görə lazımdır ki, Rusiya üçün balans yaratsın. Amma böyük miqyasda Rusiya Azərbaycana ona görə lazımdır ki, ilk növbədə, bizim qonşumuzdur. Belə bir qonşu ilə məhz indiki Rusiya ilə əlaqələrin olmaması və ya pis olması bəzi təhlükələrə gətirib çıxarır. Hadisələrin gedişi göstərir ki, Rusiya ilə düşmən, yaxud pis münasibətdə olan ölkələrin hamısı bu və digər şəkildə uduzublar. Burada yalnız Baltikyanı ölkələr istisnadır. O da ona görə ki, onlar NATO-ya və Avropa İttifaqına üzv qəbul olunublar və bununla da Qərb düşərgəsinin iştirakçılarına çevriliblər. Onlara müəyyən imtiyazlar verilib, müəyyən dərəcədə sığortalanıblar. Orada nə etnik və nə də ərazi münaqişələri baş verir. Amma baş verə bilərdi. Çünki orada NATO təhlükəsizlik sistemi işlək vəziyyətdədir, Avropa İttifaqının regional imtiyazlar siyasəti qüvvədədir, bu ölkələrə maliyyə dəstəyi verilir. Yəni onlar sığortalanıblar, ona görə də ciddi problemlərlə qarşılaşmırlar. Digər ölkələr - Ukraynadan tutmuş Azərbaycana qədər, eləcə də Mərkəzi Asiya ölkələrinin heç biri sığortalanmayıb. Orada da vəziyyətin necə olduğunu yaxşı görürük. Əgər Rusiya ilə münasibətlərimiz yaxşı olmasa, bizi yeni ərazi problemləri gözləyə bilər".

Politoloq hesab edir ki, azərbaycanlıların Amerikaya bu dərəcədə etimadsızlığının da kökündə məhz bu problemlər durur: "Yəni, ABŞ bu vaxta kimi NATO və Avropa İttifaqına daxil olmayan ölkələrə hansı yardımları və ya nə edib ki, Rusiyanın mənfi təsirlərindən sığortalanmış olsunlar? Heç bir şey. Cəmiyyətimiz də yaxşı görür və anlayır ki, Ukraynada nələr baş verir. Səbəb odur ki, Rusiya ilə münasibətlər pozulub, amma Amerika ilə əlaqələr inkişaf edir. Gürcüstanda eyni vəziyyətdir. Biz də başa düşürük ki, əgər seçim qarşısında durmalı olsaq, ABŞ bizə kifayət qədər dəstək verməyəcək".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/492745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR