Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ramil Şeydayevin debüt üçün gözəl imkanı var

Ramil Şeydayevin debüt üçün gözəl imkanı var

Ramil azarkeşləri alqışladı – Video (19 Mart 2017 12:17)
Ramil Şeydayevin 90 dəqiqə meydanda olduğu görüşdə "Jilina" qələbə qazana bilməyib (05 Mart 2017 20:42)
Ramil Şeydayev 90 dəqiqə oynadı (05 Mart 2017 20:27)

Tarix: 25 Noyabr 2016 08:05

Türkiyə Super Liqasının XII turunda səfərdə "Genclerbirliği"nin qonağı olacaq "Trabzonspor"da heyətlə bağlı problemlər var. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Qara dəniz təmsilçisinin baş məşqçisi Ersun Yanal həftəsonu baş tutacaq qarşılaşmada 4 aparıcı futbolçusunun ximətindən istifadə edə bilməyəcək. Fabian Katillo və Mustafa Akbaş zədəli olduqları üçün, Okay Yokuşlu ilə Məhmət Ekici isə cəzalı durumda olduqları üçün sözügedən matçda içtirak edə bilməyəcəklər. 

Belə olan halda isə baş məşqçi heyətə müəyyən dəyişikliklər edəcək. Yanal Məhmət Ekici və Okay Yoxuşlunun yoxluğunda Aytaç Kara və Beroya şans verəcək. Fabian Kastillo və Mustafa Akbaşın əvəzinə isə İbanez və Güray şans qazanacaq. 

Mütəxəssisin "Genclerbirliği" ilə oyundə gənc futbolçulara şans verəcəyi də gözlənilir. Belə ki, millimizin hücumçusu Ramil Şeydayev və türkiyəli Yusuf Yazıcının oyuna sonradan daxil ola biləcəyi iddia edilir.  Qeyd edək ki, millimizin forvardı Ramil Şeydayev yayda "Trabzonspor"a transfer olunsa da, hələlik Super Liqada şans qazana bilməyib. Sözügedən oyun  noyabrın 27-də baş tutacaq.

Milli.Az


Teqlər:  Ramil Şeydayevin debüt gözəl imkanı var



RƏYLƏR


Top xəbərlər