Bir ailənin 4 üzvü zəhərlənib

Bir ailənin 4 üzvü zəhərlənib
08:27 25 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanda ana və uşaqları dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dəm qazından zəhərlənmə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Əsədova Pərvanə Adışirin qızı, oğlu 2001-ci il təvəllüdlü Əsədzadə Seymur və daha iki övladı dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onlardan ana və 15 yaşlı Seymur reanimasiya şöbəsinə yerləşdirilib. Qismən yüngül zəhərlənmə diaqnozu alan digər iki ailə üzvü həkimlərin yardımından sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/492826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR