Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Özündən 5 yaş kiçik qıza yataqxanada təcavüz etdi – SALYANDA ŞOK OLAY

Özündən 5 yaş kiçik qıza yataqxanada təcavüz etdi – SALYANDA ŞOK OLAY

Date: 25 November 2016 08:43

Zorlamada təqsirli bilinən Salyan rayonu, Dayıkənd kənd sakini, 1995-ci il təvəllüdlü Kamran Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Kamran Qasımov qonşusu Sevda Məmmədovanı (ad və soyad şərti verilib) zorlamaqda təqsirli bilinib.

O, qonşusu 2003-cü il təvəllüdlü Sevda Məmmədovanı oynamaq bəhanəsi ilə yaşadığı Salyan şəhəri, N.Babayev küçəsində yerləşən yataqxananın ikinci mərtəbəsindəki mənzilə dəvət edib. Kamran Qasımov Sevdanı içəri salandan sonra qapını arxadan bağlayıb.

Bundan sonra Kamran Qasımov Sevdanın qollarından tutub və ona zor tətbiq edib.

O, qızı döşəmənin üzərinə uzadaraq soyundurub. O, zorakılıq göstərməklə qızla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Təcavüzə məruz qalan Sevda Məmmədov ağlayıb, ucadan qışqıraraq kömək çağırıb. Bu zaman Kamran Qasımov qapını açmağa məcbur olub. Qız paltarını geyinərək hadisə yerini tərk edib.

Daha sonra Kamran Qasımov qızı öldürməklə hədələyib. O, qıza balta və bıçaq göstərərək, baş verənləri daınşacağı təqdirdə onu da, anası və atasını da öldürəcəyini deyib. Qorxuya düşən qız olayı bir neçə il gizlədib.

Amma yenidən Kamran Qasımov qızla cinsi əlaqədə olmaq istəyib. Bundan sonra qız baş verənləri anasına danışıb.

Sevda Məmmədovanın ailə üzvləri baş verən təcavüz olayı ilə bağlı Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət ediblər. Ötən ilin ortalarında Kamran Qasımov həbs edilib.

Kamran Qasımov Cinayət Məcəlləsinin 150.3.3-ci (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

Məhkəmənin hökmü ilə Kamran Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.


Tags:  Özündən yaş kiçik qıza yataqxanada təcavüz etdi SALYANDA ŞOK OLAY

RƏYLƏR


Top news