Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ət xərçəng yaradır

Ət xərçəng yaradır

Date: 25 November 2016 08:57

Azərbaycanda əhalinin ən çox sevdiyi qidalardan biri ətdir. Ancaq ətin insan orqanizminə xeyri olduğu qədər, ziyanı da var.

Milli.Az ATV.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, qırmızı ət xərçəng xəstəliyinin inkişafına yol açır. Mütəxəssislər donuz ətini formaldehid, qamma radiasiya, spirt və siqaretlə eyni sıraya qoyurlar. Onların fikrincə, gündə 50 qram ət yeyən insanda xərçəngin inkişafı 18 faiz artır.

Lerner Tədqiqat İnstitutunun alimləri sübut ediblər ki, ət məhsullarında olan L-karnitin ürək xəstəliklərinin inkişafına yol açır. Lakin ətdən tamamilə imtina etməyin bədənə müxtəlif ziyanları ola bilər. Belə ki, o zaman metabolizm proseslərində minerallar və mikroelementlərin çatışmazlığı müşahidə olunur.

Ət dəmir, vitamin D və B12 qaynağıdır. Ət yeməyən insanların onun əvəzləyicilərini qidalanmasına daxil etməsi məsləhət görülür. Məsələn, lobya, mərci, qoz-fındıq, meyvə-tərəvəz, yumurta və s.

Milli.Az


Tags:  xərçəng yaradır

RƏYLƏR


Top news