Bir gündə 1 milyard dollarlıq hind quşu yeyiləcək

Bir gündə 1 milyard dollarlıq hind quşu yeyiləcək
08:58 25 Noyabr 2016
125 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da "Şükran Günü"ndə (Thanksgiving Day) amerikalı ailələrin əsas bayram yeməyi olan hind quşuna ümumilikdə bu il 1 milyard dollardan artıq xərclənəcəyi gözlənilir.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, hesablamalara görə, bayram günündə ABŞ-da 324 milyon əhalinin 275 milyonu, yəni 85 faizi hind quşu alacaq.

Amerika Quşçuluq Bürosu Federasiyası bu il 7,25 kiloqram ağırlığındakı bir hind quşunun 22,74 dollara satıldığını açıqlayıb.

Qeyd edək ki, hər il ABŞ-da noyabr ayının sonuncu cümə axşamı "Şükran Günü" kimi qeyd edilir. Adətə görə, "Şükran Günü" bayram süfrəsində qızardılmış hind quşu olmalıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR