Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qocalar evinə hücum: bir qadının başı kəsildi, 70 keşiş girov götürüldü - FOTO

Qocalar evinə hücum: bir qadının başı kəsildi, 70 keşiş girov götürüldü - FOTO

Date: 25 November 2016 09:27

Fransada maskalı və silahlı şəxs ölkənin cənubundakı Ero departamentində yerləşən Monerye sür Le şəhərindəki "Les chênes verts" ("Yaşıl palıdlar") qocalar evinə hücum edib.

Milli.Az Le Figaro-ya istinadən bildirir ki, qocalar evində 70 ahıl keşiş vardı. Onlardan kimsə zərər çəkməyib.

Üçmərtəbəli binada yaşayan qocaların orta yaşı 75-dir. Onların bəziləri 90 yaşındadır. Bu keşişlər əvvəllər Afrikadakı müxtəlif katolik missiyalarda çalışıblar.

Bıçaqla və lüləsi kəsilmiş tüfənglə silahlanmış şəxs binaya girəndən sonra mühafizəçinin əl-qolunu bağlayıb. Lakin qadın mühafizəçi təhlükə düyməsinə basmağa vaxt tapıb. Bədəməl qadına üç bıçaq zərbəsi vurub, başını kəsib.

Qadın hadisə yerində keçinib.

Cinayətkar hadisə yerindən qaça bilib.

Polis onu axtarır.

"Les Chenes Verts" qocalar evi 1994-cü ildə yaradılıb.

Milli.Az





























Tags:  Qocalar evinə hücum qadının başı kəsildi 70 keşiş girov götürüldü FOTO

RƏYLƏR


Top news