Əliyar Ağayevin idarə etdiyi oyun - VİDEO

Əliyar Ağayevin idarə etdiyi oyun -   VİDEO
09:37 25 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasında növbəti matçını idarə edib. Fanat.Az təmsilçimiz İ qrupunun “Şalke” (Almaniya) - “Nitsa” (Fransa) görüşündə fit çalıb.

 

Oyun meydan sahiblərinin  2:0 hesablı qələbəsi ilə yekunlaşıb.  Ağayev matç ərzində 6 sarı, 1qırmızı vərəqə göstərməklə yanaşı, qonaqların qapısına penalti də təyin edib.

 

Qeyd edək ki, bu matçda Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov kömək edib. Qapı arxası hakimlər fuksiyasını isə Orxan Məmmədovla Rəhim Həsənov yerinə yetiriblər. Ehtiyat hakim kimi Mübariz Haşımov iş başında olub.





Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-liyar-aayevin-idar-etdiyi-oyun-t54436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR