Gəmiricilər taxıl sahələrinə hücum etdi - FOTO

Gəmiricilər taxıl sahələrinə hücum etdi - FOTO
09:47 25 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər Cəlilabad rayonunda yenicə əkilmiş taxıl sahələrində siçanabənzər gəmiricilərin sayı artmağa başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, gəmiricilər taxıl dənələrini yuvalarına toplayaraq yararsız hala salırlar, bu da gələcək məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər.
Kənd sakinləri bir çox sahələrə su buraxmaqla gəmiriciləri zərərsizləşdiməyə çalışsalar da, hələ ki, bu mümkün olmayıb.
Rəsmi məlumata görə, rayonda siçanabənzər gəmiricilərin artımı 9 min hektralıq əkin sahəsində pik həddə çatıb. Ən təhlükəli vəziyyət rayonun İranla həmsərhəd olan ərazilərində və aran kəndlərində müşahidə olunur.
Artıq Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə rayonda siçanabəzər gəmiricilərə qarşı mübarizə üçün xüsusi dərman preparatları göndərilib. Mütəxəssislərin nəzarəti ilə sahələrdə aldadıcı yemlər hazılanır və yuvalara qoyulur.
İndiyə kimi 4 min hektarlıq sahədə gəmiricilərə qarşı mexaniki və kimyəvi mübarizə üsulları aparılıb.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR