Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Slovan" təsadüfi qələbə qazanmadı” – Tahir Gözəl

"Slovan" təsadüfi qələbə qazanmadı” –  Tahir Gözəl

Date: 25 November 2016 09:47


"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl "Slovan"la matçdan sonra öz fikirlərini bildirib. 


Fanat.Az klubun saytına istinadən xəbər verir ki, o, Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin V turunda Çexiyada 0:3 hesabı uduzduğu matç barədə bunları söyləyib: "İkinci qoldan sonra komanda sındı.Ondan sonra oyunda dönüş yarada bilmədik. Bu gün ən yaxşı "Qarabağ"ı görmədim. Qapımıza təyin olunan penalti ruhumuzu sındırdı. "Slovan" təsadüfi qələbə qazanmadı. Bizdən gözəl oynadılar. Düzdü futbolçularımız əllərindən gələni etdilər, amma bu ən yaxşı "Qarabağ" deyildi.  "Fiorentina"nın məğlub olmağından da xəbərim var. Çox çətin olacaq. Son oyunda İtaliya klubuna mütləq qalib gəlməliyik. "Fiorentina" çox güclü komandadır. Bizi çox çətin mübarizə gözləyir. Amma bu futboldu. Həmişə ümidliyik, "Qarabağ"ımıza inanırıq. Komandanın arxasındayıq. Sona qədər mübarizə aparmalıyıq".

 


Fanat.Az



Tags:  Slovan təsadüfi qələbə qazanmadı Tahir Gözəl


RƏYLƏR


Top news