Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Avstriya parlamenti Türkiyəyə silah satışının dayandırılması haqda qərar qəbul edib

Avstriya parlamenti Türkiyəyə silah satışının dayandırılması haqda qərar qəbul edib

Ərdoğan: “Avropa İttifaqı xristian ittifaqıdır” (26 Mart 2017 19:19)
"Avropa İttifaqı xristian ittifaqıdır" - Ərdoğan (26 Mart 2017 18:42)
Ərdoğanın bu açıqlaması bütün Avropanı SİLKƏLƏDİ (26 Mart 2017 18:33)

Tarix: 25 Noyabr 2016 10:02

Bakı. 25 noyabr. REPORT.AZ/ Avstriya parlamenti Türkiyəyə silah satışı sahəsində embarqonun tətbiq edilməsi ilə bağlı qərar layihəsini yekdillilə qəbul edib.
“Report” DHA-ya istinadən xəbər verir ki, Yaşıllar Partiyasının təqdim etdiyi layihəni parlamentdəki 6 partiya dəstəkləyib.
Qərar layihəsinin müəllifləri Yaşıllar Pariyasından olan deputatlar Peter Pilz və Sosial–Demokrat Partiyasını təmsil edən millət vəkili Andreas Şiderdir. 
Yaşıllar Partiyasından olan deputat Peter Pilz Avropa İttifaqını Türkiyəyə qarşı Avstriya parlamenti kimi davranmağa çağırıb. O, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı ilk sansiya adlandırıb.
Sənəddə Avstriyadan Türkiyəyə döyüş sursatları, müdafiə silahları, hərbi və asayişin qorunması sahələrində istifadə ediləcək vəsaitin göndərilməsinin yasaqlanması nəzərdə tutulur.
Bu qərar Avstriya hökuməti üçün qanuni gücə malik olmasa da, Nazirlər Kabinetinin Türkiyə ilə münasibətlərdə həmin sənədi nəzərə alacağı gözlənilir. 

Teqlər:  Avstriya parlamenti Türkiyəyə silah satışının dayandırılması haqda qərar qəbul edib



RƏYLƏR


Top xəbərlər