Qurban tarix yazmaqdan yoruldu? - FOTO

Qurban tarix yazmaqdan yoruldu? - FOTO
10:05 25 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Meydanda bir komanda var idi - "Slovan"!

Birindən ("Fiorentina") 5, bundan 3 qol "yedik" bir matçda.

Hansı mövqedəki yarıtmazlıqdan danışım, bilmirəm.

Qara Qarayev idman saytlarının ulduz müsahibinə çevrilmişdi. Hansı idman saytını açırdın, oradan Qara çıxırdı. Amma deyəsən, "Slovan"la oyuna çıxmağı unutmuşdu.

Sağ cinahda Arifin oyunu isə Azərbaycan futbolunu boaykot etməkdən başqa bir şey deyildi. Daşdəmirov rəqib futbolçu ilə mübarizə anlarında soyadından fərqli olaraq "saman çöpü"nə bənzədi.

Daim oyunu ilə göz oxşayan Almeydanı meydançada tapmaq müşkülə dönmüşdü. Yoxsa, Avropa Liqasının ilk turunda "Slovan"la oynadığımız ilk matçdan (2:2) öncə rəqibin baş məşqçisi Yindrix Trpişovskinin Almeyda haqda: "Almeyda "Slovan"da görmək istədiyim oyunçudur. Onun oyununu çox bəyənirəm. Büdcəmz imkan verərsə Almeydanı "Slovan"a transfer etmək istərdik", - dedikləri, görünür, "Qarabağ"lını çək-çevir etməyə vadar edib?!

Hər 3 qolda müdafiədəki anlaşılmazlıq "Qarabağ"ın qazanının dibini yandırdı. Çexiya çempionatında 4 oyuna cəmi bir qol vuran "Slovan" "Qarabağ"ın qapısından 3 top keçirdi. Hələ 2 il öncə xalqı meydançalara qaytaran "Qarabağ"ın müdafiəsinə əməlli-başlı əl gəzdirilməli olduğu hiss edilirdi. Əvəzində uğursuz qapıçı transferlərinə, yarımmüdafiə xəttindəki yerini möhkəmlədə bilməyən futbolçulara pullar xərcləndi. Bir sözlə, "qapısı açıq yuxuladıq". Bu yuxu necə şirin idisə Qurban "Slovan"la oyundan sonrakı mətbuat konfransında da bu yuxudan ayılmaq istəmirdi - "Heç nə alınmadı". Alınmaq üçün nə etdiniz axı? Çexiya klubu 5 oyundan sonra topladığı 4 xalı "Qarabağ"la oyunlarda qazandı.

Yoxsa həqiqətənmi növbəti mərhələ bizə heç lazm da deyil?! Bəlkə Qurban tarix yazmaqdan yorulub?

Qeyd edim ki, "PAOK" "Fiorentina" ilə oyunun son dəqiqələrində vurduğu qolla 3:2 hesabı ilə qalib gələrək, "Qarabağ"ın mərhələ arzularını bir az da çətinə saldı.

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR