Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Əliyar Ağayev: Penalti və biri qırmızı 7 vərəqə

Əliyar Ağayev: Penalti və biri qırmızı 7 vərəqə

Date: 25 November 2016 10:12

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasında növbəti matçını idarə edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz İ qrupunda mübarizə aparan "Şalke" ilə "Nitsa"nın görüşündə əsas söz sahibi olub.

Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Gərgin mübarizə şəraitində keçən oyunda Ağayev futbolçulara 7 vərəqə göstərib ki, bunlardan 6-sı sarı, biri isə qırmızı olub.
 
O, həmçinin qonaqları penalti ilə cəzalandırıb ki, 80-ci dəqiqədə Aoqo zərbəni dəqiq yerinə yetirib.
 
Qeyd edək ki, bu matçda Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov kömək ediblər. Qapı arxası hakimlər funksiyasını isə Orxan Məmmədovla Rəhim Həsənov yerinə yetiriblər. Ehtiyat hakim kimi Mübariz Haşımov iş başında olub.

Milli.Az


Tags:  Əliyar Ağayev Penalti biri qırmızı vərəqə

RƏYLƏR


Top news