"Qarabağ" qrupdan necə çıxır?

"Qarabağ" qrupdan necə çıxır?
10:17 25 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının  qrup mərhələsinin V turunun səfər oyununda "Slovan"a 0:3 hesabı ilə uduzan "Qarabağ"ın 1/16 finala yüksəlib-yüksəlməyəcəyinə son tur aydınlıq gətirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin mübarizə apardığı J qrupunda ilk iki pillənin sahibləri dekabrın 8-də bəlli olacaq.

VI tur öncəsi bütün komandaların həm mərhələ keçmək şansları var, həm də qrupda qalmaq təhlükəsi. Belə vəziyyətin yaranmasına Çexiyadakı darmadağınla yanaşı, İtaliyada sensasiyanın qeydə alınması səbəb olub. Yunanıstan PAOK-unun "Fiorentina"nın meydanında 3:2 hesablı qələbə qazanması qrupdakı vəziyyəti qarışdırıb.
 
Son turda "Qarabağ" "Fiorentina"nı, PAOK isə "Slovan"ı qəbul edəcək. İtaliya təmsilçisi 10 xalla lider kimi ölkəmizə gəlsə də, qrupda da qala bilər. "Qarabağ"la PAOK-un mübarizəsi isə son anadək davam edəcək. Çexiya klubu isə hadisələrin uğurlu axarına ümid edir.
 
Riyazi hesablamalar göstərir ki, son turda 9 nəticə variantı mümkündür. Bu variantların hamısını nəzərdən keçirək.
 
"Qarabağ" qalib gəlir, PAOK da qələbə qazanır
Bu vəziyyətdə "Slovan" 4 xalla sonuncu pillədə qalır. Digər 3 komandanın 10 xalı olur. Şəxsi oyunlara, 3 komanda arasında turnir cədvəlinə görə "Qarabağ" 9 xalla 1-ci yerlə 1/16 finala yüksəlir. "Fiorentina" və PAOK 4 xala malik olsa da, italiyalıların top fərqi onları 2-ci edir. Yalnız Bakıdakı 6 top fərqli məğlubiyyət onların yolunu kəsə bilər. Bu, inandırıcı olmadığından Florensiya klubunu 1/16 finalda saymaq olar.
 
"Qarabağ" qalib gəlir, PAOK heç-heçə edir və ya "Qarabağ" qalib gəlir, PAOK məğlub olur
Bu iki variant ciddi şəkildə fərqlənmir. Hər ikisində "Qarabağ" və "Fiorentina" mərhələ adlayır. Yalnız 1-ci yerin taleyi Bakıdakı top fərqindən asılıdır. Ağdamlılar 4 top fərqi ilə qalib gəlsə və qol buraxmasa, ya da daha çox fərqə sevinsələr, 1-ci olacaqlar.
 
"Qarabağ" heç-heçə edir, PAOK  qələbə qazanır
Bu halda "Fiorentina" 11 xalla 1-ci, PAOK isə 10 xalla 2-ci olur. 8 xalı olan Qurban Qurbanovun yetirmələri isə qrupda qalırlar.
 
"Qarabağ" da heç-heçə edir, PAOK da
Bu halda "Fiorentina" yenə 11 xalla 1-ci olur. Eyni - 8 xala malik PAOK və "Qarabağ"ın şəxsi oyunlarında üstün olan ağdamlılar 2-ci yerlə 1/16 finala yüksəlirlər.
 
"Qarabağ" heç-heçə edir, PAOK məğlub olur
Bu halda "Fiorentina" 11 xalla 1-ci, "Qarabağ" 8 xalla 2-ci olur. Digər iki komanda 7 xalla öz aralarındakı şəxsi oyunlara əsasən mənasız 3-cü yerin sahibini müəyyənləşdirir.
 
"Qarabağ" uduzur, PAOK  qələbə qazanır
13 xal toplayan "Fiorentina" 1-ci olur. PAOK 10 xal topladığından "Qarabağ" mövsümü başa vurur.
 
"Qarabağ" uduzur, PAOK heç-heçə edir
13 xal toplayan "Fiorentina" 1-ci olur. PAOK 8 xalla 2-ci yerin sahibi kimi mərhələ adlayır. 7 xal "Qarabağ"a bunun üçün kifayət etmir.
 
"Qarabağ" uduzur, PAOK məğlub olur
"Fiorentina" 13 xalla 1-ci yeri tutur. Digər 3 komanda eyni sayda - 7 xal topladığından onlar arasında şəxsi oyunlar əsas götürülür. Bu halda "Slovan"la "Qarabağ" "üçlüy"ün oyunlarında 7, PAOK 1 xal qazanmış olur. Amma 3 komandalı cədvəldəki top fərqi çexiyalıları 1/16 finala daşıyır.

1

"Fiorentina" (İtaliya) 

5

3

1

1

13-5

10

2

"Qarabağ" (Azərbaycan)

5

2

1

2

6-10

7

3

PAOK (Yunanıstan)

5

2

2

1

5-6

7

4

"Slovan" (Çexiya)

5

1

1

3

7-10

4

Göründüyü kimi, 9 mümkün variantdan 5-i "Qarabağ"ın lehinədir. Qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq mərhələ keçəcək komandamız heç-heçəylə də istəyinə çata bilər. Amma bunun üçün PAOK-un evdə xal itirməsi (heç-heçə və ya məğlubiyyət) lazımdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Millimiz San Marino ilə Olimpiya stadionunda oynamayacaq - MƏKAN DƏYİŞDİ

18 Avqust 2017 22:03

Trampın müşaviri istefa verdi

18 Avqust 2017 21:59

Müğənninin videosu başına bəla oldu -

18 Avqust 2017 21:50

Tələbələr kirayə ev tapa bilirmi? - MÜNASİB OLMAYAN QİYMƏTLƏR - VİDEO

18 Avqust 2017 21:48

Bakıda restoranda yanğın oldu

18 Avqust 2017 21:44

İspaniyadakı teraktlarda ölənlərin sayı artdı

18 Avqust 2017 21:39

Kirayə evlərin qiyməti BAHALAŞACAQ

18 Avqust 2017 21:36

Sərnişin avtobus sürücüsünə tapança çıxardı – BAKIDA ŞOK - VİDEO

18 Avqust 2017 21:33

Türkiyədə zəlzələ olub

18 Avqust 2017 21:32

Gəncə sakini müəmmalı şəkildə xəsarət aldı

18 Avqust 2017 21:29

Bu əraziyə xanımların girişi qadağandır -

18 Avqust 2017 21:20

Barselona terrorunu törədən şəxs ÖLDÜRÜLDÜ

18 Avqust 2017 21:18

Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı

18 Avqust 2017 21:17

Barselonada baş vermiş terror aktı qurbanlarının sayı 15 nəfərə çatıb

18 Avqust 2017 21:12

Amerika hökumətinin insanlar üzərində apardığı DƏHŞƏTLİ SINAQLAR

18 Avqust 2017 21:03

Salyanda qonşu qonşunu bıçaqlayıb

18 Avqust 2017 21:02

Maşını piyadaların üstünə sürən terrorçu öldürüldü

18 Avqust 2017 20:59

Ayaqlarının yanına ildırım düşdü -

18 Avqust 2017 20:58

"Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə" layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirilib

18 Avqust 2017 20:52

5 yaşlı Zeynəbin anasından ürək parçalayan sözlər: "Su deyə-deyə, suya həsrət öldü balam" - REPORTAJ

18 Avqust 2017 20:49

Təranə onu qızılgüllərə qərq edən sevgilisinə belə təşəkkür etdi - FOTO

18 Avqust 2017 20:48

Finlandiyada bıçaqlı hücum: 2 ölü, 8 yaralı

18 Avqust 2017 20:44

Tanınmış aparıcı yolun ortasında soyundu – VİDEO

18 Avqust 2017 20:38

BƏXTSİZ TURİST: hər səfərində terror aktını yaşadı

18 Avqust 2017 20:28

"Kopenhagen" - "Qarabağ" oyununda anşlaq

18 Avqust 2017 20:28

Hər kəs vegetarian olsa, dünya necə olardı?

18 Avqust 2017 20:13

"Apple" yol qəzalarının qarşısını alacaq yeni layihə hazırlayıb

18 Avqust 2017 20:07

Moskvanın Qarabağ PLANI, gizli danışıqların DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

18 Avqust 2017 20:03

Finlandiyada bıçaqlı hücum -

18 Avqust 2017 20:02

Boris Yeltsinin avtomobili satışa çıxarıldı - 300 MİN DOLLAR

18 Avqust 2017 19:53

Cinsi azlıqların nümayəndələrinin məhkəmə prosesi davam edir

18 Avqust 2017 19:52

Bakı İslam Universitetində təşkil olunan Komissiyanın işi bir gün daha uzadılıb

18 Avqust 2017 19:47

AYGÜN TV-nin rəhbərinin oğlu çayda boğulub

18 Avqust 2017 19:38

Suriyada hökumət qüvvələri kimyəvi silahlarla hücuma keçdi -

18 Avqust 2017 19:38

Rusiyanın ilk prezidentinin avtomobili satışa çıxarılıb

18 Avqust 2017 19:37

Sobanı təmizləməyin ƏN SADƏ ÜSULU

18 Avqust 2017 19:23

Keçmiş televiziya sahibinin oğlu faciəvi şəkildə öldü - AZƏRBAYCANDA

18 Avqust 2017 19:19

Eyni mənzili müxtəlif şəxslərə satan tikinti şirkətinin rəhbəri HƏBS OLUNDU

18 Avqust 2017 19:18

Türkiyədə traktor aşdı -

18 Avqust 2017 19:15

Batumidə baş vermis hadisədə xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

18 Avqust 2017 19:12

Rəqqasə Aytəndən cazibədar FOTOLAR

18 Avqust 2017 19:09

Tikinti təşkilatının mənzilləri bir neçə nəfərə satan rəhbəri həbs edilib

18 Avqust 2017 19:07

Azərbaycanda daha bir uşaq it dişlədiyinə görə öldü - TƏHLÜKƏ

18 Avqust 2017 19:04

Daha bir uşaq it dişləməsindən DÜNYASINI DƏYİŞDİ - 7 yaşlı

18 Avqust 2017 18:53

ABŞ Guamdakı hərbi bazasını açıq elan etdi

18 Avqust 2017 18:45

Dəridəki "ət xalları" yox etməyin ən sadə və ucuz üsulu

18 Avqust 2017 18:43

Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib

18 Avqust 2017 18:42

Ermənistan ordusunda növbəti intihar dalğası: "Qarabağ bizim deyil"

18 Avqust 2017 18:38

Dünya bu 22 yaşlı azərbaycanlını axtarır

18 Avqust 2017 18:30

“Unibank”ın 5 filialı şənbə günlərinə işi bərpa edib

18 Avqust 2017 18:27