ABŞ prezidentliyi postunu Donald Trampa təhvil verməyə hazırlaşan Barak Obama Ağ Evdə sonuncu dəfə Şükran bayramını qeyd edib.
Axşam.az-ın "Guardian"a istinadən məlumatına görə, mərasimdə hind toyuğunun "bağışlanılması" baş tutub. Bu dəfə Obamanın qızları bayramda iştirak etməyiblər.
Onların əvəzinə Obamanın bacısı uşaqları Ostin və Robin bayrama qatılıblar.